Təcili foto - One Hour Photo - Фото за час
.jpg)
Mən foto-atelyedə arıtq 20 ildir ki işləyirəm. Bu işi vacib hesab edirəm. İnsanlar yanğın zamanı ailəvi şəkillərini xilas etməyə hər şeydən öncə can atırlar. Bəziləri isə hesab edirlər ki, bu iş kontora işi kimidir. İstənilən axmaq 2 günə süni şəkilləri çap etməyi öyrənə bilər. Lakin bir çox iş kimi bu iş də göründüyü kimi sadə deyil. Mən şəkilləri, sanki, özümə çap edirəmmişcəsinə çap edirəm. İnsanlara xidmət edərkən onlara hörmət etmək lazımdır. Yoxsa indi çox yerdə aşağı keyfiyyətdə iyrənc formatda şəkillər çap edirlər.
Yuxarıdakı sitatlar "Təcili foto" filmindədir. Robin uilyamsın baş rolda iştiakı ilə çəkilən film bizə adət etdiyimiz mövzulara tamam başqa rakursdan baxmağa imkan yaradır. Eyni zamanda dünyasını bu yaxınlarda dəyişən aktyoru bir daha tanımağa və yada salmağa vadar edir.

Say Perriş adlı soft-manyakı canlandıran Robin Uilyams sadəcə möhtəşəm nəticələr ortaya qoyub. Filmi izlədikdən sonra məndə "soft-manyak" termini öz-özünə yarandı. Biz filmlərdə adətən manyakları müxtəlif kriteriyalar əsasında cinayət əməlləri törədən subyektlər kimi görmüşük, amma bu filmdə nə qan var, nə də ölüm. Filmdə, sanki, susmuş vicdanın və haqqın insan halında varlığı var. Hər nə qədər bu kənardan manyaklıq kimi görünsə də, Say fərqli birisidir. Onun psixoloji travması var. bunu filmin sonunda onun polis dedektivi ilə olan söhbətindən də açıq-aydın başa düşmək olur. O, orada izah edir ki, o, niyə hamıdan fərqli şəxsiyyət kimi yetişib. buna baxmayaraq o, hər hansıa qəddar seksual-manyak olmayıb. o. prinsipcə zərərsizdir. Onun istəyi sadəcə Yorkinlər ailəsnin xoşbəxt olmağıdır. Artıq 9 ildir ki, o, bu ailənin əbədiləşdirdiyi hər anı özündə də qoruyub saxlayır.

Foto-şəkillər olduqca vacib əşyadırlar. Çünki onlarda bir an üçün həyatımızı əmələ gətirən hər bir şey sığışır. Xüsusilə xoşbəxtlik. Şəkillərdə xoşbəxt olmağa üstünlük veririk. Bu da öz növbəsində özünəməxsus üsulla özümüzü özünüməhvdən qorumaq üçün istifadə etdiyimiz yöntəmdir. Yalnızlığımızı məhv etmək, onu kiminləsə bölmək üçün biz foto-şəkillərdən istifadə edirik. Hər kəs özünəməxsus tərzdə yalnızlığının qiymətini ödəyir.

Foto-şəkillər olduqca vacib əşyadırlar. Çünki onlarda bir an üçün həyatımızı əmələ gətirən hər bir şey sığışır. Xüsusilə xoşbəxtlik. Şəkillərdə xoşbəxt olmağa üstünlük veririk. Bu da öz növbəsində özünəməxsus üsulla özümüzü özünüməhvdən qorumaq üçün istifadə etdiyimiz yöntəmdir. Yalnızlığımızı məhv etmək, onu kiminləsə bölmək üçün biz foto-şəkillərdən istifadə edirik. Hər kəs özünəməxsus tərzdə yalnızlığının qiymətini ödəyir.
Filmi triller kimi dəyərləndirmək olar. Ən əsası isə Robin Uilyams fanatlarına birmənalı şəkildə məsləhət görürəm. Filmin psixoloji fundamenti izləyicini sona qədər filmdən ayrılmağı irreal edir. İdeya sadədir: əlinizdə olanları itirməmiş dəyərləndirin. Psixoterapevtik seans effekti verir. Ona görə də filmi izlədikdən sonra xüsusilə ailəniz haqqında düşünəcəksiz.
Yalnızlıq ümumi taledir,
Hamı onu dərk etmir,
Sən özünü aldatmaq istəmədin,
O da sənə cəhənnəm kimidir.
(Fyodr Soloqub)
(Fyodr Soloqub)
Comments
Post a Comment