Li Lefever - İzah etmək sənəti. Necə etmək olar ki, sizi yarımsözdən başa düşsünlər - Ли ЛеФевер - Искусство объяснять. Как сделать так, чтобы вас понимали с полуслова

Kitab kimin üçündür və üstünlükləri nələrdir? - Kitabın auditoriyası həddindən artıq genişdir. Bu genişliyə sıravi insanlar:
valideynlər, tələbələr və sahibkarlardan tutmuş, dar ixtisas sahibləri: marketoloqlar, korporativ işçilər, satış menecerləri, rəhbərlik və dizayn işçiləri daxildir. Üstünlüklər isə sadəlik və praktiklikdir. İzah olunan hər bir nüans canlı korporativ nümunələr, şəkillər və video çarxlar vasitəsilə dəstəklənir ki, bu da qiraət prosesini interaktivləşdirir. İnteraktiv qiraət isə yüksək dəyərə malik qiraətdir. QR kodlar vasitəsilə video çarxların qiraət prosesinə sintezini ilk dəfə idi ki görürdüm və çox razı qaldım.

Obyektiv müşahidə - İş orasındadır ki, informasiya cəmiyyətinin tərkib hissəsi olmağa başlayandan, informasiya bolluğu və digər
şəxsi səbəblərə görə izah etmək bacarığının necə də zəiflədiyinin həm özümdə, həm də kənar şəxslərdə şahidi olmağa başlamışam. Siz izah etmək istədiyiniz predmet haqqında tam məlumat sahibi ola bilərsiz. Siz onun mütəxəssisi olub, istənilən çətin suallara cavab verə bilərsiz, lakin əsas məsələ lazım olduqda bunu qarşınızdakı insana da izah edə bilməyinizdir. Əsas sirr izah edərkən özünüzü izah etdiyiniz haqqında heç bir məlumatı olmayan birisinin yerinə qoymağınızdır.

Kitabla tanışlığım - Bir neçə dəfə kitab mağazasında bu kitabı gördüm və vərəqlədim. Nəticədə isə tapıb oxudum. Nə isə qəribə cəlbedicilik var idi kitabda. Oxuyub bitirdikdən sonra bu cəlbediciliyin səbəblərini müəyyənləşdirə bildim: 1) Sifətlərində sadəcə gülümsəmə olan üz qabığı obrazları və portativ fərqli dizayn 2) Həqiqətən işləyən mexanizm kimi bizlərə təqdim olunan izahetmə metodu 3) Simulyativ xarakterli, obrazlı, canlı və real nümunələr 4) QR kodlar vasitəsilə fikrin video çarxlar vasitəsiylə dəstəklənməsi, hansı ki, bu nümunə digər kitablarda da öz tətbiqini tapsa, kitab qiraətində tamamilə fərqli və yeni era başlamış olacaq 5) Müəlliflə oxucu arasında dialoqun yaranması. Bu nümunələr öz növbəsində real dəyəri olan və şəxsi inkişafa yönəlmiş kitabların struktur etalonunu müəyyənləşdirir. Belə kitablar çox azdır.

Daha çox yazmaq istərdim. İzahetmə şkalası, Common Craft
şirkətinin izahetmə təcrübələri və digər maraqlı məqamlar haqqında demək üçün imkanlarımız təəssüf ki, məhduddur. Kitabın dilimizdə variantı olmasa da, rus dilində oxumaq imkanı olanlar kitabı oxusalar çox şey əldə etmiş olarlar. Tam səmimi olaraq deyirəm ki, belə kitablar azdı. Mütəmmadi olaraq kitabı vərəqləyəcəm və biliklərimi təkmilləşdirəcəm.
![]() |
Li Levefer |
Comments
Post a Comment