Yevgeni Şvars - Kölgə - Евгений Шварц - Тень

Yevgeni Şvars 1896-cı ildə Kazan şəhərində anadan olmuşdur. Kazan universitetinin tibb fakültəsində təhsil aldıqdan sonra Yevgeni Şvars, dəfələrlə polis tərəfindən inqilabi fikirlərinə görə saxlanılıb izahat vermişdir. 1914-cü ildə yazıçı Moskva Dövlət Universitetində hüquqşünaslıq təhsilinə başlasa da, özünü teatr sənətinə həsr etmək üçün təhsilindən imtina edir. Yevgeni Şvars rus ədəbiyyatına və xüsusilə teatr sənətinə olduqca dəyərli əsərlər bəxş edib. 1958-ci il 15 yanvar tarixində dünyasını dəyişən yazıçı, Sankt-Peterburq şəhərində, Boqoslov qəbiristanlığında dəfn olunmuşdur.
![]() |
Yevgeni Şvars |
İştirak edən digər bütün obrazlar real variantlarının absurd və satirik formasısıdır. Məsələn əsərdə sarı mətbuat üzvlərini adamyeyənlər kimi təsvir ediblər. Sarı mətvuat üçün yalan və doğru arasında heç bir fərq yoxdur, ona görə də adamyeyən statusu onlara tam uyğun gəlir. Yüksək vəzifə məmurları isə itaət edilən yarım-allahlar kimi, yarım-ağıllı absurd düşüncə sahibləri kimi yer alıblar. Qarşımıza çıxan bütün dialoqlardan, hadisələrdən olduqca maraqlı nəticələr çıxır. Ən ümumi məsələlərin iş mexanizmlərinin təsviri olduqca yaxşıdır.
Nağıllar dünysı həmişə düşünən insanların razılaşmadıqları reallığın tənqidi üçün münbit torpaq olub. Əkilib-becərilən məhsullar isə neçə-neçə onilliklərlə müxtəlif cəmiyyətlərdə əks-səda tapıb. "Alisa Möcüzələr Ölkəsində" əsəri də öz növbəsində dövrün İngiltərəsinin tənqididir, amma bu o qədər ustalıqla maskalanmışdır ki, uzun illərdir varlığımı qoruyub saxlaya bilmişdir. Ona görə də nağıllar düşünən insanlar üçün həddindən artıq əhəmiyyət kəsb edir. Ən əsası isə belə nağılları oxuyarkən həm əylənmək, həm də dərindən düşünmək imkanı əldə edirsən. Hansısa problemi hansısa məşhur filosofun və ya alimin dilindən birbaşa açıq-aşkar eşitməkdənsə, bunu xüsusi formada etmək daha maraqlı olur. Buna səbəbkar olan Yevgeni Şvars kimi yazıçılar isə konkret olaraq dahi adına layiqdirlər. Belə insanları tanıtmaq isə kitabsevərlərin borcudur.
Comments
Post a Comment