Largo Winch II - Ларго Винч 2: Заговор в Бирме

Yuxarıdakı cümlələr Larqo 2 üçün hər nə qədər əhatəedicidirsə də, birinci hissədən fərqli olaraq ikinci seriyada mənim narazı qaldığım daha çox məqam oldu nəinki birinci hissə. Hər şey qeyri-müəyyən və dinamik başlayır və elə bir o qədər də narahat sonlanır. Bəzəb böyük problemlərin həlli çox sadə olur. Reklamlarda deyildiyi kimi bir zəng qədər yaxın.
Larqonu digər bənzər ekran əsərlərindən fərqləndirən ən əsas iki cəhət var. Birincisi bunun biznes dünyasına aid edilmsəi, ikinci isə filmdə əlbir olan satqınların oyunlarının yer almasıdır. Biznes və böyük şirkətlər kapitalizm dünyasında gəlir gətirən ideyalara çox rahatlıqla element ola bilirlər.
Baş obraz müəyyən mənada idealist unikal əsgərdir. O, ən çətin vəziyyətlərdən çıxış yolunu tapmağı bacarır. Heç vaxt təslim olmur. O, hətta əlindən tor da çıxarır. Yox, bağışlayın mən səhv etdim. Başqa super qəhrəmanla qarışdırdım. Bəzən bəzi obrazlar o qədər oxşar olur ki, aralarındakı sərhəd xəttini itirirəm.
Yerin altından çıxan neft və ya isti bulaqlar kimi ortaya yerin altından olma sa da sual çıxır: bəs yaxşı niyə bizə təqdim olunan filmlər müəyyən müddətdənbir təkrar-təkrar yenə əmələ gəlir. Şerlok Holms demiş: bu ki elementardır Vatson. Kütlənin tələbləri dəyişmir, elə ona görə də biznes dünyasına aid olan filmlər və ya ona yaxın mövzularda sırf həmin dünya çərçivəsində film çəkilsə maraqsız olar. Ona görə də mütləq ən əsas element - qan filmdə iştirak etməlidir. Bu ya dava-dalaş formasında, ya da cinsi zorakılığın nəticəsində yaranan qan formasında özünü biruzə verməlidir. Larqodakı qan isə çox nağılvaridir.
Kənardan çox cəlbedici görsənən Larqo yaxından heç də yaxşı görsənmir.
Comments
Post a Comment