Mo Şu fəlsəfəsi və xoşbəxtlik

Məncə isə
xoşbəxtlik çox primitiv və əlçatan bir şeydi. Çünki hər yerdə onu görürəm. İstəyir
cüt olsun, istəyir tək olsun. O qədər əlçatan bir şeydi ki, gəlib-gedən əl atıb
yerdən onu götürür və cibinə qoyur. Bax belə. Mən isə əyilməyi bacarmıram. Ona
görə də cibiboş gəzirəm. Və yaxud da belə deməyimə baxmayın. Hərdən əyilib
götürürəm, sadəcə yadımda qalmır. Keçən dəfə isə tamamilə təsadüfən gördüm ki,
şalvarımın cibləri cırıqdır. Bax belə.
Love is
the answer. Çoxlarından fərqli olaraq biz insan axtarırıq. Xoşbəxtliyi insanda
görürük. İçimizdəki sevgini məhz insanla bölüşmək, içimizdə boş qalan xarici sevgi
anbarını da doldurmaq. İçiərisində olduğumuz cəmiyyətin fərdləri ilə isə
uyğunlaşa bilmirik. Uyğunlaşmaq problemi məni çox narahat edir. Uzun illərin
asosial həyat tərzidir ki, bu gün beş nəfər “xoşbəxt” insanın içində əzilib-büzülürəm.
Evdə mənə öyrədirdilər ki, bala həyalı ol.
Nəyi səhv
edirəm? Axı mən də xoşbəxtlik axtarıram. Qarşımdakı insana baxanda hansısa
spesifik xüsusiyyət axtarıram. Klassik fəlsəfənin öyrətdikləri yadıma düşür:
sevgi hər bir insanın itirdiyi digər yarısını tapmaq cəhdləridir. Keşkə özümü
iki yerə bölünmüş kimi hiss etsəm. Bu vəziyyəti bir az olsa da sadələşdirərdi.
Amma min yerə bölünmüş kimi hiss edirəm. Bundan əlavə özünə uyğun insanı
tapmağa müvəffəq olan insanlar var və özlərini xoşbəxt hesab edirlər. Şəkillərdə
belə yazılır. Bəlkə onları razı salaq bizə bəzi şeyləri öyrətsinlər? Yoxsa
onlar bunun üçün çox xoşbəxtdilər?
Boşluq. Onun
dolu və boş olmağı bizim xoşbəxt olmağımızı təyin edir. Boşluq üçün nəsnənin fərqi
yoxdursa, seçimlərimizi gözübağlı edək, yoxsa tufanda ora-bura çırpılmağımıza
davam edək? Hər liman məqbuldur deyirsən?
Və
Moşunun o əlacsız şeir yazmaq cəhdləri yadımdan çıxmır.
Comments
Post a Comment