Mingür Rinpoçe - Budda, beyin və neyrofiziologiya. Həyatı yaxşılığa doğru necə dəyişək. - Йонге Мингьюр Ринпоче - Будда, мозг и нейрофизиология счастья. Как изменить жизнь к лучшему

Məşhur Tibet ustadı Mingür Rinpoçe bu kitabı ilə müasir elmin nəaliyyətləri və buddizm fəlsəfəsini birləşdirərək, meditasiya vasitəsilə daha xoşbəxt yaşamaq haqqında inanılmaz dərəcədə praktiki və gözəl məsləhətlər verir. Mingür Rinpoçe şəxsən Dalay Lama tərəfindən, Veysman universitetinin neyrofiziologiya və beyin funksionallığı laboratoriyasında aparılan təcrübələrdə iştirak etmək üçün seçilmişdi. Təcrübələrin nəticələri inanılmaz idi: təcrübə ərzində beynin xoşbəxtliyə cavab verən neyroloji hissələrində neyron aktivliyi 700-800 faiz artmışdı.
Bütün qorxuların səbəbi, iztirablardan azad olmağı və xoşbəxt olmağı istəyən sizin kimi canlıların, sizinlə harda və necə qarşılaşmaqlarından asılı olmayaraq, sizdən az fərqləndiyinin dərk edilməsindədir.
Rinpoçeni Tibetdə doğulan buddizm günəşi adlandırmaq olar. O, kifayət qədər cavandır. Belə ki, o, 1975-ci ildə anadan olmuşdur. Sadəcə buddizm deyil, müasir elmin nəaliyyətlərini də dərindən bilir. Öz kitabında olduqca yumoristik və canayaxın dillə meditasiya, insan beyni və sinir sistemi haqqında məlumatlar verir. "Ağlınızda yaranan fikirlərə istənilən anda diqqət yetirməyiniz meditasiyadır."
Bizim "mənim özüm", "mənim şüurum", "mənim bədənim" adlandırdığımız anlayışlar əslində fasiləsiz olaraq düşüncə, hiss və qavrayışlar axını vasitəsi ilə yaranan illüziyadır.

Müvəqqətilik nisbi reallıqda daimi olan yeganə məsələdir.
Meditasiyanı dərk etmək heç də asan iş deyil. Dünyada milyonlarla insan meditasiya ilə məşğul olurlar və onların 97%-i tamamilə səhv üsullarla bunu edirlər. Səbəb isə çox sadədir: mahiyyət dərk edilmir. Mahiyyət dərk edildikdən sonra bəzi texniki modellərlə dəstəklənir və nəticələr əla olur. Bunu etmək üçünsə meditasiya anlayışını izah edən kitablar və ustadlarla tanış olmaq lazımdır. Deməzdim ki, bu anlayışı izah edən ustad azdı, buna baxmayaraq hər bir insanın başa düşə biləcəyi dil fərqlidir. Həm dil fərqlidir, həm də hər bir insana individual olaraq meditasiya modeli var. Bunu insan özü tərtib edir.

Əgər bir addım geri çəkilib vəziyyətə daha obyektiv baxmağa imkanımız olsa görərik ki, bizi narahat edən şəxs, bizə heç bir aidiyyatı olmayan məsələlərdən əziyyət çəkir.
Kitabda din, anlaşılmaz sözlər və ezoterika yoxdur. Bilməli olduğunuz yeganə terminlər MRT və neyrofiziologiyadır. Bu qədər sadə. İnsan, sanki, yaxın bir dostundan həyati vacib mələlərlə bağlı biliklər əldə edir. İnsanın biliklərə tam açıq olduğu vəziyyət onun sadəcə çox yaxın dostu ilə edəcəyi söhbət əsnasında olur. Mövzu ilə bağlı birmənalı şəkildə məsləhət bildiyim kitabdır. Niyyətiniz olsa, sadəcə özünüzü kitabın axınına buraxın və qoy o sizi dəyişdirsin. Mingür Rinpoçe ilə yaxından dostlaşın və icazə verin öz bilikləri ilə sizinlə bölüşsün və heç vaxt unutmayın: insan müdrikliyə can atır. Müdriklik isə hər zaman özüylə bərabər xoşbəxtlik gətirmir. Xoşbəxtlik bəxş edən biliklər əldə etməyə çalışın. Bu yolda isə bu kitab bir növü qızıl standartdır.
Comments
Post a Comment