Cibran Xəlil Cibran - Peyğəmbər
Rus dilində: Калил Джебран - Пророк
İngilis dilində: Kahlil Gibran - The Prophet
Cibran Xəlil Cibran kimdir?
Xəlil Cibran mümkünsüzü mümkün edib. "Peyğəmbər" əsəri sevgi, doğum, ölüm, insani dəyərlər, əbədi suallar kimi mövzular haqqında mistik-fəlsəfi dillə, ifadəli və canlı formada, minimalistcəsinə, çox dəyərli fikirləri təqdim edir. O, insanların çətinliklə anladığı məsələləri bəni-adəm dilində ifadə edib. "Peyğəmbər" əsəri mübaliğəsiz ədəbiyyatın və xalqların möhtəşəm incisidir. Cibran insan şüurunu heç kimin heç vaxt etmədiyi kimi ucaltdı. Sanki, bəşəriyyətin tarixən mövcud olmuş bütün mistikləri, şairləri, filosofları, ümumiyyətlə insan qəlbləri əl-ələ verib bütünləşiblər.
İngilis dilində: Kahlil Gibran - The Prophet
Cibran Xəlil Cibran kimdir?

Belə bir suvenir var yəqin ki bilirsiz: içi dolu qar (və ya başqa nəsnələr) dənəcikləri olan kürə. Kürəni silkələyirsən və içində əsl fırtına yaranır. "Peyğəmbər" əsərinin oxunuşu insanın beynində həmin effekt yarana bilər.
Təəssüratlarımı sözlərlə ifadə etməkdə çətinlik çəkirəm. Hər halda Xəlil Cibranla, "Peyğəmbər" əsəri ilə tanışlığım mənim üçün son vaxtların ən yaddaqalan hadisəsi oldu. Qəlbimin dərinliklərinə qədər təsirlənmişəm. Çünki "Peyğəmbər" ekologiyası pozulmuş dünyada, tərtəmiz hava təəssüratını bağışladı. Təmiz havanın dadını bir dəfə bilmək bəs edir ki, onu daima axtarasan.
Çox yazmaq alınmır...
Comments
Post a Comment