The Lunchbox - Ланчбокс - Dabba

Bu dəfə izlədiyim Hindistan filmində, hind kinematoqrafiyasına xas olan nə toy-nişan, gənclərin kor məhəbbəti, əzabları, nə musiqili şou, nə də tragediya var. Bu filmdə insan hisslərindən başqa heç bir xammal yoxdur. Mumbay şəhərinin adi insanları, nəqliyyatı, arzuları və xəyalları. Dünya miqyasında işıqlandırılacaq ekran əsəri ilə qarşı-qarşıyayıq. Dünya Hindistanın sadəcə yuxarı kastaları ilə deyil, hər yönü ilə tanımalıdır.
Baş rolda yaxşı tanıdığım İrfan Xandır. Onun aktyorluq bacarıqları yüksək səviyyədədir. Zəngin təcrübəlidir. Bu filmlə isə onu yenidən kəşf etdim. Onun fikirləri və davranışlarında nə isə xüsusi cəhətlər var. Bir insan kimi özümlə onun arasında oxşar cəhətlər çoxdur. Xüsusilə onun ictimai nəqliyyatda insan kütləsi arasında sıxılması və narahat hallar yaşaması mənə çox doğmadır. Onun İla ilə yaranan yazışmasında yazdığı cümlələrdən o insannın daxili aləmini anlamaq çətin deyil. İla rolunu isə Nimrat Kaur öz üzərinə götürüb. Əsl aktirasa bax belə olmalıdır. Mən təbiiliyi sevirəm. Heç bir qlamur olmadan, heç bir sünilik olmadan. Nimrat Kaur rolun öhdəsindən yüksək səviyyədə gəlib. Bu iki aktyorun birlikdə işləməsi və filmin mövzusu, formatı filmə hipperrealizm effekti verib.

.jpg)
Comments
Post a Comment