Qor Vidal - Kiçik planetə səyahət - Gore Vidal - Visit to a Small Planet

![]() |
Qor Vidal |
Biz bir növ anti-militarist bir pyeslə qarşı-qarşıyayıq. Pyesdə 1860-cı illər dəfələrlə təkrarlanır. Çünki cənab Kreton əslində həmin illərə səyahət etmək istəyirdi. Bəli o zamanda səyahət edir, lakin təsadüf nəticəsində iyirminci əsrə gəlir. 19-cu əsrin 60-cı illəri isə elə-belə qeyd olunmur, çünki o dövrdə ABŞ-da vətəndaş müharibəsinin qızğın illəri idi və bəşər tarixinə qanla yazılmışdır. Ola bilər yazıçı həmin illərin tarixini çox yaxşı bilir və onunla əlaqədar çatdırmaq istədikləri var.
Biz əslində mövzunun bizə çatdırılmasının ideal versiyası ilə qarşı-qarşıyayıq. Siyasi məsələlər məhz başqa planetdən gələn bir insanın timsalında bizlərə çatdırılır. Müharibələr, siyasi oyun və terrorlar, insanların günahsız öldürülməsi, böyük pulların səbəb olduğu böyük itkilər kimi məsələlər heç bir bir dini, siyasi, milli kimliyi olmayan obrazın timsalında cəmlənib. O, nə amerikalıdır, nə frasnsızdır, nə də fars. O, sadəcə başqa planetdən gəlmiş gəlmədir və özünün də dediyi kimi öz hobbisi ilə məşğul olmaq istəyir. Hobbisi ilə insan həyatı ilə oynamaqdır. Onun qəlbində çoxdandır ki, nə sevgi var, nə də nifrət. Onun emosiyaları yoxdur. Bu bəlkə də təkamülün yeni inkişaf mərhələsidir. O, sadəcə oynamaq istəyir.
Pyesdə cənab Kreton hakimiyyəti ələ keçirib müharibə-müharibə oynamaq istəsə də, vaxtaşırı insanlararası münasibətləri də ifşa edirdi. Məsələn ərini sevməyən həyat yoldaşı, qızının həyat yoldaşı seçimi ilə razılaşmayan ata və s. Onların fikirlərini oxumaq çox maraqlıdı. Görün insan görünməyənləri görməyi bacarsa həyat necə də qəliz olar. Yalan bəzən insan həyatını xilas edə bilir. Buna tam olaraq yalan demək düzgün olmazdı. Əslində isə insan aydınlananda görünməyəni görə bilir. Ona görə də aydınlara həyat digər insanlara görə bir qədər daha çətindir. Kreton isə deyir ki, insan cəmiyyətinin aydınlanmağına hələ 2000 il var. Kifayət qədər sanballı ədəddir.

Comments
Post a Comment