Qay Kavasaki - StartUp - Гай Кавасаки - Стартап: 11 мастер-классов от экс-евангелиста Apple и самого дерзкого венчурного капиталиста Кремниевой долины

Annotasiya - İstər artıq mövcud olan şirkət olsun, istərsə də sıfırdan qurulan şirkət, bu kitab hamıya yaxından kömək etmək üçün hazırlanıb. Kitabın məqsədi sizə möhtəşəm nəticələr əldə etmək üçün yardımçı olmaqdır. Əlbəttə ki lazımsız məlumatların və nəzəriyyənin içində itib-batmamaq şərtilə. 

Qay Kavasaki dünya üzrə sahibkarlar üçün avtoritet sayılır. Son vaxtlara qədər bir çox ölkələrdə sadəcə müəyyən İT mütəxəssislər tərəfindən tanınsa da, səmimi dillə yazdığı kitabları onu insanlara cana yaxın dost kimi tanıdıb. Bu kitab isə sizə ilk növbədə cəsarət toplamağınıza, lazımi yöndə addımlar atmağınıza səbəb olacaq. İkinci növbədə isə özünüzü silkələyib işinizi diqqətlə nəzərdən keçirməyinizi təmin edəcək. 

Ümidlər və təəssüratlar - Qay Kavasaki haqqında məlumat əldə etdikdən sonra onun kitabları ilə maraqlandım. Xüsusilə "Apple" şirkətində "Evangelist" (Evangelizm müştərilərdə yüksəksəviyyəli inamın yaradılması ilə marketinq proseslərinin reallaşdırılmasıdır) vəzifəsini daşıyıb. Diqqətimi daha da çox cəlb edən onun bundan əvvəlki peşəsinin zərgərlik olmasıdır. Youtube-da onun stəndaplarını izlədikdənsonra bu insanın digər insanlarla bölüşəcək çox şeyinin olduğunu gördüm və bəzi kitablarını oxumağı planlaşdırdım. Bütün bunlar bakalavr təhsilimin dördüncü  ilində oldu. Konkret olaraq isə bir neçə gün bundan öncə "Startap" kitabını oxuyub bitirdim. 

Az da olsa kitab haqqında məlumat toplamışdım və ümidlərim böyük idi. Ümidlərim isə doğruldu. Uzun müddət idi ki, biznes dünyası haqqında özünü bu dərəcədə doğruldan kitab oxumurdum. Kitab sıfırdan etibarən mövcud və ya yeni təsis olunan müəssisələr üçün atmalı olduqları addımları izah edir. Elə buna görə də kitabdan maksimum faydalanmaq üçün müəyyən iş təcrübəsi mütləq olmalıdır. Təcrübə az olduqda kitabdakı məlumatlar nəzəriyyə təəssüratını bağışlayır. Tələbələr də kitab vasitəsi ilə biliklərini artırıb, dərslərində istifadə edə bilərlər. 
Qay Kavasaki

Biznes ədəbiyyatında xoşlayıram ki, kitabda praktiki nümunələr çox olsun. Çünki nümunələrin sayəsində baş verən proseslərin mahiyyətini beynimizə daha yaxşı həkk edə bilərik. Qarşılaşdığım biznes ədəbiyyatı nümunələri isə çox vaxt uzunçuluğu sevən, kasad nümunəli olur. Uzunçuluq məsələsi bu kitabda da rast gəlinəndi, lakin digər plusları nəzərə alsaq, güzəştə getmək olar. 

İş adamları, iş qurmaq istəyənlər, tələbələr, biznes məktəbində təhsil alanlar və müəllimlər üçün olduqca faydalı kitab. Məsləhətlidir. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi