Viktor Pelevin - 3 Zukerbrinə olan məhəbbət - Виктор Пелевин - Любовь к трем цукербринам
Hardasa avqust ayının əvvəllərindən xəbər yayıldı ki, bəs Viktor Pelevin növbəti kitabını nəşr etdirir. Bütün böyük nəşriyyatlar, media nümayəndələri, bloggerlər və buna bənzər subyektlər kitab haqqında az-çox məlumat verməyə başladılar. Hətta internetdə kitabın bəzi fraqmentləri də dolaşmağa başladı. Hər yerdə xəbər gəzirdi. Bir sözlə yaxşı marketinq icra olunurdu. Kitabı hələ satışa çıxmamış maksimum dərəcədə şişirdirdilər ki, qiymətini yüksək təyin etsələr belə, hətta kitabın özü maraqsız olsa belə, insanlar onu qəbul etməyə hazır olsunlar. Kitab nəşr olunub satışa çıxarıldıqdan sonra isə qısa müddət ərzində müxtəlif nəşriyyatlar kitab haqqında resenziyalarını da əskik etmədilər.
Viktor Pelevinlə ilk tanışlığım "Omon Ra" əsəri ilə olmuşdu. Əsəri pis tərcüməyə baxmayaraq (Azərbaycan türkcəsinə) çox bəyəndim və yazıçının digər kitabları ilə tanış olmaq qərarını verdim. "Həşəratların həyatı", "Ampir V", "Dəhşət dəbilqəsi", "Çapayev və Pustota" kimi əsərləri məni kifayət qədər qane etmiş və dünya görüşümə öz tövhələrini vermişdi. Eşidəndə ki, bəs Pelevinin yeni, müasir dünyamızın tendensiyalarına uyğun və "hardan gəlmişik hara gedirik" sualına cavab verən kitabı işıq üzü görəcək, hələ hər şey təzə başlayanda, qərar verdim ki, bəli mən də bu kitabı oxumalıyam. Baxmayaraq ki, Azərbaycanda bu kitabın qiyməti "30 AZN"-dir, mən pulsuz olaraq elektron formatda tapıb oxumaq imkanı əldə etdim. Başladım oxumağa.

Bütün bunlar açıq və aşkar olan məsələlərdir. Bilmirəm niyə Pelevin belə bir kitab yazıb. Yəni buna ehtiyac var idi? Təkrar təkrar bütün bu banal mövzuları maraqlı və qlamur terminlərlə bizlərə bir daha çatdırmaq? Digər tərəfdən də düşünürəm ki, Pelevin özü haqqında roman yazıb. Öznünü bu günkü və yaxın gələcəkdəki real vəziyyətini dərk etmək üçün. Pelevinin reallğı dəyişdirmək qabiliyyətini bəyənirəm, amma məni daha çox reallığı dəyişdirmək yox, onu ələ salmaq xoşuma gəlir və yaxşı emosiyalar yaşadır. Yazıçının bundan öncəki əsərləri məndə nəyisə dəyişdirmişdi. Oxuyub bitirdikdən sonra mən yeni təəssüratlar qazanır və yeni nəticələr əldə edirdim, amma bu kitabda bu belə olmadı. Ona görə də kitabın dəyəri mənim üçün azdı.
Bir az da dərinə getsək, kitab kədər, yalanlar, illüziyalar, əzab-əziyyətlər, yaradanını axtarılıb tapılması və ən əsası isə öldürülməsi haqqındadır. Bütün bunları başa düşmək olar. Viktor Pelevinin özünə xas dəsti-xətti burada da özünü biruzə verib: o, dəqiq diaqnoz qoyur, amma çıxış yolu heç vaxt göstərmir. Bax belə. Düşünmürəm ki, kitab haqqında daha çox yazmağa dəyməz. Romanı bəyənmədim. Ona görə də daha çox yazmağa dəyməz.
Comments
Post a Comment