Cibran Xəlil Cibran - Qırıq Qanadlar

Rus dilində kitabın adı: Сломанные крылья Джебран Халиль Джебран İngilis dilində kitabın adı: Kahlil Gibran - The Broken Wings Uunutmayın: Qanadları sınmış quş heç vaxt uça bilməz... Sevgini səmada süzən quşa bənzədə bilərik. Bəzənsə onun qanaqları qırılır. O zaman quş onun üçün olmayan yerdə yaşamağa məcbur olur. Daha doğrusu torpaq onu öz zindanında məhkum edir. Quşla torpağın görüşü yalnız yolun sonunda ola bilər. Bəzən isə yolun ortasında da olur... Bi kitab haqqında nə yazacağımı bilmirəm. Xəlil Cibran yazdığı bu əsərlə nəzmlə nəsri, musiqi ilə şeiri, fəlsəfə ilə şərq mistizmini, romantika ilə faciəni, ilahi qüvvə ilə insani vəhşilikləri, bir sözlə, yerlə göyü birləşdirib. Susmağı sözlərlə çarəsizcə bu gözəlliyi təsvir etməkdən üstün tuturam. Ona görə də müəyyən hissələrini tərcümə edib bölüşürəm ki, Xəlil Cibranın və əsərlərinin böyüklüyünü başa düşmək daha rahat olsun. Tərcümələrin nə dərəcədə yaxşı alındığını deyə bilməsəm də,...