Hafıza Teknikleri ile Beyin Gücünü Geliştirme


Kitabın arxa üzündən: Hər insanın anadangəlmə böyük zehni potensialı vardır. Alimlərin araşdırmalarına görə isə insanlar bunun çox az hissəsini istifadə edirlər. Amma günümüzdə bunu artırmaq üçün müxtəlif üsullar mövcuddur. Bu kitab yaddaş təlimçisi Oğuz Saygın və bu üsulları həyatlarında uğurla tətbiq edən 13 və 15 yaşlarındakı iki şagirdinin ortaq işidir. Beyni effektiv istifadə etmək, sözlər, uzun mətnlər, adlar, simalar və çox sayıda telefon nömrələrini yaddaşda saxlanılmasının sirlərini əldə etməklə əlaqədar və daha bir çox maraqlı məlumatlar vardır. Kitabda eyni zamanda bu üç yaddaş təlimçisinin müxtəlif seminar və televiziya proqramlarında qarşılaşdıqları maraqlı və heyrətamiz hadisələrə də yer verilmişdir.
Şəxsi fikirlərim: Kitabı indiki NT (əvvəlki NİL) kitab və məktəb ləvazimatları mağazasından almışam. Arxa üzünə və kitabın adına aldanıb aldığım çox az kitablardan biridi. Kitabın arxa üzündə deyilənlərin çox az hissəsi var kitabın içində. Kitabın böyük qismi əsasən beynimizlə əlaqədar müxtəlif maraqlı məlumatlardır. Doğrudur, bəzi üsul və yöntəmlər də var ki, mənə çox qəribə gəldi və mənim kimi universitet tələbəsinin bunları tətbiq etməsinə bir xeyli vaxt və enerji lazımdır. Amma onu da deyim ki, həqiqətən də işləyən yöntəmlərdi. Beynimiz sağ və sol yarımkürələrdən ibarətdir. Bunu hamı bilir. Amma açar da məhz budur. Yaddaşın yaxşılaşdırılmasının əsas düsturu budur. Hər ikisini bir – birinə paralel olaraq istifadə etmək. Əslində yaxşı olar ki, xüsusiylə beş hiss üzvlərimizin hamısını istifadə edək amma bu heç də həmişə mümkün olmur. Sağ yarımkürə hiss, sol yarımkürə məntiq. Məsələn dərs oxuyarkən sevdiyiniz musiqiyə qulaq asmaq və ya dərsləri kiçik tamaşalara çevirmək bəlkə də kömək edəcək. Əlbəttə heç də hər şey hamıya şamil oluna bilməz.
Nəticə:
10 ballıq sistemlə 5. Çox faydalı olmasa da yenə də maraqlı bəzi nüanslarla tanış olursan. İndiki dövrdə kitab seçib almaq həqiqətən də çətinləşib. Yaxşı bəzəyirlər, bunula da insanlara ümid verirlər, müvəqqəti həvəsləndirirlər amma alırsan oxuyursan, tam yararlana bilmirsən. Əlbəttə ki, günah səndə deyil!

                                            Kemal Sayar - Her Şeyin Bir Anlamı Var
                                            Mümin Sekman - Her Şey Beyinde Başlar
                                            Arzularımızı öldürməyin 3 əlaməti - Paulo Ceolho
                                            Muhammed Bozdağ - Ruhsal Zeka (SQ)
                                            Пол Экман - Психология Лжи - Yalanın Psixologiyası
                                            Joseph O'Connor and Andrea Lages - NLP ile Koçluk
                                            Aklındakini Okuyabilirim - Dr. David J. Lieberman

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Aleksandr Puşkin - Kapitan qızı

Kamal Abdulla - Sehrbazlar dərəsi