İlk Kitabım.......
İndiyə kimi yadımdadı… ilk kitabım.....
4 yaşım olardı səhv eləmirəmsə. O
vaxtlar yasamalda qalırdıq və ölkəmizin kifayət qədər çətin vaxtları idi.
Binamızın altında kitabxana var idi. Eyni zamanda satışda da olan kitablar var
idi. Anamla kitablara baxmağı xoşlayardım. Elə günlərin birində maqazinə daxil
olduq və müxtəlif kitablara baxmağa başladıq. Mənim diqqətimi üzərində yaşlı
rus kişisi və dovşanlar olan nazik, uzun kitab (səhifə sayı az idi. Daha çox
kiçik həcmli jurnala bənzəyirdi) cəlb etdi. Əlimi uzatdım və bununla da bunu
istəyirəm işarəsini verdim. Anam da heyvan sevər olduğundan məhz dovşanlara görə
kitabı aldı. Bax beləcə də mən ilk kitabım olan - Н. А. Некрасов - Дедушка Мазай и зайцы (Mazay baba və
dovşanlar) kitabımı aldım. İlk oxuduğum kitab rus dilində oldu. O dövrdə
kitabların, filmlərin böyük əksəriyyətu rus dilində idi. Eyni zamanda özüm də
rus bağçasına getmişəm. Qısaca kitab haqqında demək lazımdırsa, çayın bir tərəfindən
o biri tərəfinə keçməyə dovşanlara kömək edən qoca Mazay və ona inanan
dovşanlar haqqındadır. Şeir formasındadı və şeir olaraq o qədər də yaxşı olmasa
da mənası yaxşıdır. Şeirdə brokonyerlik pislənir və Mazay onlara : " qışda qabağıma çıxmayın yoxsa sizi ovlayaram" deyir. Amma yay fəsli olduğundan Mazay onları ovlamır, əksinə onlara bir sahildən o birisinə keçməyə köməkçi olur.
Comments
Post a Comment