Sefa Saygılı - Ruh Hastalıkları ve Korunma Yolları
Adi oxucular üçün nəzərdə tutulmuş ixtisas kitabı da adlandırmaq olar. Kitabda ruh xəstəlikləri Nevroz və Psixoz olmaq üzərə iki böyük qrup altında araşdırılmış və bir çox digər mövzulara da toxunulmuşdur.Bu arada ruh anlayışının izahı verilməlidir. Tibbdə ruh deyərkən dini mənada, insanın ölümdən sonrakı forması nəzərdə tutulmur. Ruh deyərkən beyin və sinir sisteminin vəziyyəti nəzərədə tutulur. Ruh xəstəlikləri ilə ətraflı və sistemli məlumat almaq istəyənlər bu kitabı oxuya bilər. Dil etibarıyla mən daha çətin bir şey gözləsəm də, sanki yazar səninlə qarşı – qarşıya oturub söhbət etdiyini hiss edirəsən.Bu çox vacibdir və belə kitablar azdır. Çünkü belə kitabların tərcümə olması onların anlaşılmasını çətinləşdirir. Axı bizə prosesləri başa düşmək lazımdır. Kitab yazmaq xatirinə kitab yazan o qədər yazar tanıyıram ki. Sefa Saygılı isə onlardan deyil . Öz təcrübələrindən də vaxtaşırı nümunələr, misallar gətirərək hansı xəstəliyin hansı nəticələrə səbəb olduğunu və ümumi mənzərəni görməyə imkan verir. Kitabda bir çox xəstəliyin çıxış yolu olaraq elə ancaq dərmanlar və psixiatrların köməyinə müraciət olunur. Buna baxmayaraq kitabı oxuyub özünüzün qeyri – profesional da olsa psixoloji portretinizi yarada bilərsiniz. Yenə də bunun üçün bir kitab yetərsizdir. Kifayət qədər maraqlı məlumatlar əldə etdim. Kitabı oxuduqca həm öz həyatında həm də ətrafında olan insanlar haqqında daha ətraflı düşünüb onların davranışlarını xatırlamağa çalışırsan. Bəzən elə davranışlara yol verirsən ki, səbəbini müəyyənləşdirməkdə çətinlik çəkirsən. Bu bizim yaxınlarımıza da aiddir. Bəzən beynimizdə organik dəyişikliklər baş verir. Bu da öz növbəsində bizim davranışlarımıza təsir edir. Organik dəyişikliklərə aid çox az məlumat olsa da, elə hesab edirəm ki, kitabın əsas faydası psixoloji problemlərin təsnifatı və real həyatla əlaqəlandirilib oxucuya çatdırılmasıdır. Yazarın digər kitabları da diqqət çəkir. Məmnuniyyətlə digər kitablarından da oxumaq istərdim.
Comments
Post a Comment