Aklındakini Okuyabilirim - Dr. David J. Lieberman
Qısaca
yazar haqqında: Dr.
David J. Lieberman, bir çox təltiflər almış yazıçı olmasıyla yanaşı, insan
davranışları və şəxslərarası əlaqələr sahəsində dünyada tanınan birisidir. Altı
kitabı on səkkiz dilə tərcümə edilmişdir. Bunlardan ikisi New York Timesın ən
çox satılan siyahısına daxil olmuşdur. Müəllifin açıqladığı yöntəmlər FBİ, ABŞ
Donanması, Fortune 500 şirkətləri və 25-dən çox ölkədə hökümət və şirkətlərində
mütəxəssislər tərəfindən istifadə olunur. Dr. Liebermanın araşdırmaları dünya
miqyasında yayınlanmaqdadır və 200 – dən çox televiziya proqramında qonaq mütəxəssis
kimi iştirak etmişdir. Dr. Lieberman doktorantura disertassiyasını psixologiya
sahəsində bitirmiş və bir çox təlim, konfranslar təşkil etməkdədir. Hal –
hazırda New Jarseydə yaşayır.
Kitabdan
nə öyrənə bilərik? Ümumiyyətlə insan davranışları, psixologiya çox qeyri – dəqiq
və sadə dilnən desək adamı yarı-yolda qoyan sahədir. Hər bir insan özünə görə
özünəməxsusdur. Buna baxmayaraq ortaqlıq sərgiləyən xüsusiyyətlər də çoxdur.
Doğru yerdə, zamanda, doğru sual yalanın psixologiyasının əsas bünövrəsidir ki,
bu kitabda da buna rast gəldim. Çox istərdim ki, ingilis dilində oxuyum. Kitab
tərcümədir ona görə də bəzi yerləri başa düşmək üçün bir xeyli əziyyət çəkməli
olursan amma kitabdan öyrəndiyim dəyərli məlumatlar çox oldu. Bəzi texnikalar,
bəzi faktlar mənim üçün çox öyrədici oldu. Onsuz da mövzusu etibarıyla belə kitabların
sayı azdır. Yeni yeni belə kitablar və nəzəriyyələr təkmilləşdirilir. Əvvəllər
də bununla məşğul olan elm adamları olub amma onların bir çoxu bunu yarı yolda
buraxıblar çünkü çox çətin sahədir. Kitabda qeyri – adi şeylər yoxdu. Çoxu da
bilinən üsullardır. Təkrar təkrar oxuduqda və tətbiq edildikdə effektiv ola bilər.
Zənnimcə kitab ünsiyyət bacarığına tövhə verə bilər. Eyni zamanda zərər də verə
bilər. Artıq bu sizin şəxsiyyətinizdən və xasiyyətinizdən aslıdır. Kitabın üz və
arxa qapağındakı iddialar məncə yersizdir. Özünü doğruldmur. Yetərsiz qalır. Sadəcə
bəzi şeylər sistemli olaraq araşdırılıb və mən bundan da dəyərli və faydalı məlumatlar
oxumuşam. Psixologiya ilə əlaqədar bəzi əsas məlumatların olmasını bəyəndim.
Əsas olan həvəskar səviyyəsində, sadə formatda olsa da sizə lazım olan insanların
kiçik psixoloji portretini hazırlamaqdır. Bunu tam olaraq bu kitabla edə bilməzsiz
(əlbəttə yardımcı olacaq). Bunun üçün bir çox psixologiyaya aid kitab oxumalı və
təlimlərdə iştirak etməlisiz.
Nəticə: Kitabın adı çox cəlbedicidir və reklamı göz çıxardır.
Ona görə də insanlar çox vaxt belə kitablara meyl edirlər. Əbəs yerə şəxsi
inkişaf kitabları dünyada ən çox qazanc gətirən kitablar deyil. Bu kitab
faydalıdır amma tam özünü doğrultmur amma oxumaq lazımdır. Dəyərli məlumatlar əldə
edəcəyinizə əminəm. 10 ballıq sistemlə 6.5
Comments
Post a Comment