Patrik Züskind – “Ətriyatçı: Bir qatilin tarixçəsi”




     Bu əsər Avropada səs salmış əsərdi. Həm filmi həm də kitabı var və kifayət qədər maraqlı və fərqli ideyası var. Əsərin baş qəhrəmanı Jan-Batist Qrenuy xüsusi istedada sahibdir. Belə ki, o anadangəlmə bütün qoxuları hiss edə bilir və adi insandan fərqlənir. Baş qəhrəmanın psixoloji portreti xüsusi marağıma səbəb oldu. Belə ki, İstedad + Əxlaqi zədələnmə + Yüksək intelekt bizə əsərin baş qəhrəmanını izah edir. Əsərdə insan ətrinin üzərində xüsusiylə dayanılır. Diqqət edək. Biz daha çox gül – çiçək, ot, meyvə və ya bənzəri qoxulara meyl edirik. İnsanlar öz qoxularını bunlarla maskalamağa çalışırlar. Amma hər bir insanın özünəməxsus ətri var. Bu onun sağlamlığından, qidalanmasından, cinsindən, yaşından, boyundan, çəkisindən, tənəffüs etdiyi havadan, təmizliyə meyilliliyindən aslıdır. Filmdə insan qoxusunun və xüsusiylə qadın qoxusunun qabardılması məncə diqqəti cəlb edən ən vacib və digər epizodların hamsının ətrafında toplayan başlıca elementdir. Filmi izləyib və ya əsəri oxuyub bitirdikddən sonra özümə sual verdim: ətir nədir? Metr Baltinin Qrenuyu öyrətdiyi zaman “ yaxşı ətir dörd akorddan ibarət olur” deməsini çox bəyəndim (mənə prestij filmini xatırlatdı). Romanı da dörd akordda təhlil edə bilərik: Birinci akkord: Baş akkord – hansı ki, beyinə birinci zərbəni vurur və ilkin təəsüratı yaradır. Romanın birinci akkordu Qrinoyun qəddar və baxımsız uşaqlığıdır. Ikinci akkord – ürək adlanır, hansı ki, insanın daxilinə keçir. Romanın müvafiq akkordu elə filmin süjet xəttidir. Üçüncü akkord – dəstək akkrodudur. Hansı ki, ətrin əsasını təşkil edir. Filmin sona yaxın 17 dəqqiqəsi, adi oğlandan dramatik personaja çevrilmə prosesi buna uyğun gəlir. Dördüncü akkord son akkorddur. Yəni həzz almaqdır. Romanın dördüncü akkrodu həm Qrenuyun məqsədinə çatıb, yaratdığı ətirlə insanları özünə ram etməsindən aldığı ləzzət və bir də oxucunun (ya da film izləyicisinin) romandan aldığı ləzzət, zövqdür.
Nəticə: Əlbəttə nəticə etibarıyla heç bir öyrədici, tərbiyələndirici, düşündürücü əsər olmasada, faydalı hesab etməsəm də maraqlı ideyası olduğuna görə müəyən qədər bəyəndim. Amma tam olaraq yox. 6/10 qiymətini vermək olar.

Comments

  1. bu kitabi oxumuwam hemcinin bu kitabin filmi de var :) filmi kitabdan daha maraxlidi :)

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Aleksandr Puşkin - Kapitan qızı

Kamal Abdulla - Sehrbazlar dərəsi