Muhammed Bozdağ - Ruhsal Zeka (SQ)
Kitabın arxa qapağından: Maddi gözəlliyinizin arxasında gizlənən mənəvi möhtəşəm mənanızı kəşf ettinizmi? Görünməz bir əlin, bəxt, qəza, intuisiya, ilham görüntüsüylə həyatınızı istiqamətləndirdiyinin fərqindəsiz? Nə baş verir?
Kainata hökm edən gizli bir əl damlalardan körpələr, kəpənəklər, çiçəklər, dağlar, dənizlər, gözlər dizayn edir. Onu tanıyırsınız? Həyata gülümsədiyiniz gündən bəri qəlbinizlə danışan o gizli əl sizə nə deyir görəsən? Ruhsal Zekayı oxuduqca, qəlbinizdə yüksələn günəş, ətrfınızda gülümsəyənləri gecənin qaranlığından xilas edəcək. Zəhmətkeş, ümidli, həyəcanlı, hüzurlu, qənaətcil, israrlı, ağıllı, sevimli bir sonsuzluk yolçusu olduğunu xatırlayacağsınız.
İnancın, xoş niyyətin, müsbət hisslərin, israrın, qənaətgarlığın, ruhi münasibətlərin gücü və ilahi iradəni kəşf etmyə hazırsız? Ruhsal zeka, gizli bir əlin görünməz planının, maddəci elmin görə bilmədiyi sirrini açıqlayır. O gizli əl ilə dost olmağı seçərsəniz, kainatın qəlbinə daxil olarsınız.
Kitab haqqında oxucu şərhləri:
- Kitab fərqli yanaşma tərzi ilə yazılmışdır. Yazar bölüşmək istədiklərini öz düşüncə süzgəcindən keçirdərək çatdırmaq isdədiklərini oxuyulara çatdırır. Gözəl kitabdı. Kitabı oxuduqdan sonra həyata fərqli nəzər nöqtəsindən yanaşacağınızı düşünürəm. Sizə bu yolda yol göstərəcək möhtəşəm bir kitab
- İndiyə qədər real həyatda tətbiq etdiyim və mənə çox təsir edən bir kitab. Oxuduqdan sonra bir çox məsələlərə fərqli yanaşırsan
- Son dərəcə fərqli yazı üslbuna malik kitab. Necə dua etməli olduğumuz, hansı duaların qəbul olunduğunu, məqsəd və hədəflərimizə çatmaq üçün necə düşüncə sistemi hazırlamalı olduğumuzu izah edir. Yaxşı olardı ki, bu kitabdan əvvəl yazıçının “Düşün ve Başar” kitabını oxuyasınız. Daha effektiv olur. Mən belə etdim
- Muhammed Bozdağla bu kitabın sayəsində tanış oldum. İstiyirsiz 10 dənə psixoloqunuz olsun yenə də kitabın edə biləcəklərini edə bilməzlər. Digər əsərlərini də mütləq oxuyacam.
- Bu kitabı 2003 – cü ildə oxudum. İnsanı daima öz-özünü tənqid və təhlil etməsini və bununla da doğru yolu tapmağa köməkçi olan kitabdır. Hər kəsə faydalı olacaq kitabdır. Hamıya məsləhət görürəm.
- Psixologiya və şəxsi inkişafa aid ən əla kitab. Kitabın içindəkilər bir sözlə mükəmməldir. Onu da deyim ki, kitabın üz qabığının dizaynı superdi. Kitabın kənarlarındakı xatırladıcı qısa cümlələr çox yaxşıdır. Mütləq satın alınmalı kitabdır
Bu kitabı kimdənsə alıb oxumayın. Bu kitabı alıb kitabxananızın və həyatınızın, düşncələrinizin bir hissəsi, parçası edin. Zaman zaman yenidən və yenidən oxuyun. Faydalı olacağına əminəm. SQ-nuzun inkişafında sizə uğurlar!!
P.S. Oxuyucu şərhləri kitapyurdu.com saytının müvafiq kitab üzrə oxuyucu şərhləri əsasında yazılıb.
Comments
Post a Comment