Joseph O'Connor and Andrea Lages - NLP ile Koçluk


Qısaca NLP nədir?:  Açılışı Neyro Linqvistik Proqramlaşdırmadır. NLP 1970 – ci ilin başlanğıcında  riyaziyyatçı Richard Bandler və dilçi John Grinder tərəfindən, müəyyən bacarıqlara sahib olan insanlar və bu bacarıqları mükəmməlləşdirmiş insanlar arasındakı fərqlərin araşdırılması və ortaya qoyulması nəticəsində yaranmışdır. Özlərindən soruşduqları sual bu idi: “ Eyni xüsusiyyətlərə malik iki insandan birinin digərinə nisbətən daha çox uğurlar qazanmasının səbəbi nədir?” yəni biri uğur qazanır digəri isə o qədər də yox. Bandler və Grinder mükəmməl insanları modelləşdirmiş və digər insanların da ona çata bilməsi üçün bəzi texnikalar inkişaf elətdirmişlər. NLP mükəmməllik və keyfiyyəti araşdırır. Uğur qazanmış insanların bunu necə etdiyini və digər insanlara necə tətbiq etmək olar? sualını araşdırır.
Kitabın arxa üzündən: Həyatdan nə istəyirsiz? Sizin üçün nələr vacibdir?  Bu dəqiqə layiq olduğunzlara sahibsiniz? Nə qədər daha artığını bacara bilərsiz? Koçluk şəxsi və professional həyatınızda ola biləcəyinizin ən yaxşısı olmağın ən effektiv yoludur. Eyni zamanda iş həyatında da fərq yaratmanın ən effektiv yoludur. Bu kitab sizə mahir koç olmanın vasitələrini və bunları həyatınızı zənginləşdirmək üçün istifadənin fikirlərini verəcəkdir. Həyata necə yön verəcəyinizi, ən dərin dəyərlərinizi necə yaşayacağınızı, uğurun qarşısındakı maneələrlə necə mübarizə edəcəyinizi, ən güclü və effektiv sualları necə soruşacağınızı, koçluğun nə olduğunu və necə işlədiyini öyrənəcəksiniz.
Şəxsi fikirlərim: Belə kitablara meyilli birisi deyiləm. Bunu əlbəttə ki, şəxsi inkişaf kitabı kimi dəyərləndirirəm amma yenə də radikal və qanlı qərabəti təbliğ edən ABŞ şəxsi inkişaf kitablarından deyil. Bu kitabda gözləntilərimi doğrultmasa da müəyyən dərəcədə motivasiya edə bildi. Tərcümə olmasına baxmayaraq yaxşı tərcümə olunub. Tərcüməni çox bəyəndim. İnsan dilinə yaxındı. Bu vacib bir şeydi. Onu da mütləq qeyd etməliyəm ki, kitabda müəllifləri şəxsi təcrübələri bədii dillə çatdırılıb ki, bu da təqdirə layiqdir.
Nəticə: 10 ballıq sistemlə 7. Mövzusu etibarıyla məncə sayılma seçilmə kitablardandı. Oxumaq heç də pis olmaz. İnsanın idrakı, məntiqi və iradəsi. Məncə hər məsələdə ona işıq tutan mayakdır. Bəzən bunu unudur və yolumuzu itiririk. Bu kitab nə dərəcədə bizə yardımcı ola bilər onu deyə bilmərəm amma Türklər demişkən “ fena değil “))) Uğurlar dostlar.
                                            Kemal Sayar - Her Şeyin Bir Anlamı Var
                                            Mümin Sekman - Her Şey Beyinde Başlar
                                            Arzularımızı öldürməyin 3 əlaməti - Paulo Ceolho
                                            Muhammed Bozdağ - Ruhsal Zeka (SQ)
                                            Пол Экман - Психология Лжи - Yalanın Psixologiyası

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Aleksandr Puşkin - Kapitan qızı

Kamal Abdulla - Sehrbazlar dərəsi