Kasudzo Nişi - Dünyanı başına toplayan sağlamlıq təlimi
“...Bu sistem həkimlərin və dərmanların köməyi olmadan sağlamlığı bərpa
etməkdə və yaşamaqda mənə kömək etdi. Mən insan orqanizmini sağlamlaşdırmaqla
bağlı bəşəriyyətə məlum olan yaxşı nə varsa öyrəndim və sistemləşdirdim.”
Sağlam insanların sayı getdikcə
azalır. Artıq uşaqlıqdan etibarən bir çox insan bir çox xəstəliyə tutulur və
bir ömür onunla yaşayır. Eyni zamanda bir çox xəstəlik cavanlaşır. 40 yaşında
insanlarda olan xəstəliklər 15 yaşında uşaqlarda da olur. Gərgin sosioloji və
psixoloji mühit, pis ekologiya bunları labüd edir.
İnsan yaşamaq istəyir. Sağlam yaşamaq istəyir.
Bu isə hər zaman mümkün olmur. Bu gün biz qərbin çox güclü inkişaf etdiyi söyləsək
də, qərb tibbi simptomatikdir. Yəni əgər adamın ayağı ağrıyırsa adətən qərb
tibbi diqqətini ağrını aradan qaldırmağa cəmləyəcək (əslində qərb tibbi deyə bir şey yoxdu. Qərb tibbi özü şərqin böyük loğmanlarının əsərləri əsasında formalaşsa da bu gün həyat qüvvəsinə malik vasitələrdən uzaqlaşıb). Halbuki onun bir səbəbi
var. Kitab mənə çox şey öyrətdi: kainatda hər şeyə olduğu kimi insana da iki
qüvvənin – yaradıcı və dağıdıcı qüvvənin təsir etdiyini, insan nə ilə
qidalanırsa ondan ibarət olduğunu, qanın sağlam olmasının insanın sağlam olması
mənasına gəldiyini, insan canlıdır və canlıya ancaq canlının kömək edə biləcəyini (bir çox dərmanlar süni, kimyəvi maddələrdir.
Həyat qüvvəsində məhrumdur. Onlar bir şeyə xeyir edib beş yerə zərər vurur. Bu
xəstəliyin özündən də qorxuludur!!). Məncə kitabı cinsindən, yaşından, sağlam
olub olmamağından, ixtisasından aslı olmayaraq hamı oxumalıdır. Bahalı bir
kitab da deyi. 3 manata metrodan və ya bir çox kitab mağazalarından əldə etmək
olar. Kitabı ölçü vahidinə də bənzədirəm. Kitabı oxuyub gündəlik həyat tərzimizin
necə olduğunu öyrənə, müqayisə edə bilərsiz. Biz gündəlik həyatımızda bəzi şeyləri
düzgün etmirik, sonra da deyirik ki, niyə xəstələndik, niyə ağrıyıram və s.
Sizi əmin edirəm ki, kitabdakılarla tanış olsaz çox şeyi dəyişdirmək imkanınız
var.
Ərşad Əzimzadənin tərcümə etdiyi
bu kitabda siz eyni zamanda aşağıdakı suallara da cavab tapacaqsınız:
Sağlamlıq nədir? Xəstəlik nədir?
Təbiətin ahəngliyi və mükəmməlliyi nədir?
Biz nə yeyirik?
Hərəkət, hava, su, günəş, torpaqla necə müalicə olaq?
Iradənizin gücü ilə necə sağlamlıq yolunu tutaq.
Sağlam olun!
Comments
Post a Comment