Jan-Pol Sartr - Ürəkbulanma
Kitabın
arxa üzündən: Əsərin qəhrəmanı həqiqət
axtarır, dünyanın xaosu, həyatın absurdluğu və çıxılmazlığı içində öz
mövcudluğunun mənasını anlamağa çalışır...Sartr bu xaos içində insan
azadlığının, onun şərəf və ləyaqətinin qorunmasının mühümlüyünü qabardır...“Ürəkbulanma”
(fr. La Nausée, ilk adı “Melanxoliya” olub) XX əsrin ən böyük filosoflarından
biri, yazıçı və markisist, ateist ekzistensializmin
banilərindən biri olan Jan Pol Sartrın ilk romanıdır. Sartrı bütün dünya 1938-ci ildə məhz bu romanla tanıdı. Əsər Antuan Rokentinin gündəlikləri əsasında
qurulub.“Ürəkbulanma” romanı öz gücü ilə Sartrın sonrakı bütün əsərlərinə
xüsusi təsirini göstərib.
Nə
düşünürəm?:
Kitabı oxumağa başlarkən adi, yalnız, bezmiş və axtarışda olan, analitik
insanla qarşı – qarşıya olduğumu başa düşdüm. Əslində kitabı almağıma səbəb də
məhz yuxarıdakı “Əsərin qəhrəmanı həqiqət axtarır” – cümləsi oldu. Mənə yaxın
bir şey olduğundan dedim ki, bu kitabı mütləq oxumalıyam. Oxuduqda sonra gördüm
ki, həqiqəti axtarmağına axtarır və bu
romanda açıq aşkar deyil, üstü örtülü müxtəlif epizodların sintezi olaraq bizə
təqdim olunur. Roman həcmcə kifayət qədər kiçik olsa da içində bir çox rənglər
var. İlk gözümə dəyən rəng baş qəhrəmanın reallığı itirməsidir. Yəni
tarazlığını itirmək də deyə bilərik. Romanın bu hissəsini tam mənasıyla başa
düşmək üçün məhz bu məqama yaxınlaşmış olmaq lazımdır. İkinci rəng insan həyatının
rəngarəngliyi, macera və sərgüzəştlər haqqında onun şəxsi düşüncələridir. Eyni
zamanda onun maceralar haqqında dedikləridir. Üçüncü rəng Rokentinin keçmişini
itirməsini vurğulamasıdır. Maraqlıdır həqiqətən də. Bunu gələcəyə də aid etmək
olar. Məsələn arzu və xəyallarından imtina etmiş insan gələcəyini itirmiş
insandır. Keçmişini itirmək belə güman edirəm ki, əldə etdiklərinə dəyər verməyib,
naşükürlük edəndir. Məhz bu motivlər mənə çox doğma gəldi. Onun keçirdiyi hisslər
və düşdüyü vəziyyətləri təsəvvürümdə canlandırmaq çətin olmadı. Amma fərqim
ondadır ki, məndə hələ də ümid var. Hər şeyin yaxşı olacağına və s. Buna el
arasında təsəlli də deyillər)). Dördüncü rəng deyərdim ki, qəhrəmanın məqsədsizliyi
və hədəfsizliyidir. İnsanlığın lənəti budur (Montaignenin – Denemeler əsərini
xatırlamaq pis olmazdı). Onsuzda insanın iki məqsədi var. Həyatda qalmaq və
çoxalmaq. Amma insan bunu improvizə edib və minlərlə yeni – yeni məqsəd və hədəflər
yaradıb. Hədəfindən də imtina edir və lap depressiyaya düşür. Beşinci rəng onun
humanizmə aid söhbətləri oldu. Bu da maraqlı bir digər epizoddur. Roman həcmcə
kiçikdir amma insanı geniş düşünməyə vadar etdiyinə görə həcminin kiçikliyi
bilinmir.
Nəticə: Böyük ustad Sartrın yaradıcıllığının ilk əsəri olan bu roman da mənim
onunla olan ilk tanışlığım oldu. Şübhəsiz digər əsərlərini də böyük həvəs və məmnuniyyətlə
oxuyardım. Adları da çox maraqlı gəlir. Məhz o əsərləri bizim dilə keyfiyyətli
tərcüməsi vacibdir. Qaldı ki, bu romanın tərcüməsinə, pis deyil amma məncə
çatışmayan cəhətlər də var.İndi kitab tərcümə eliyənlərin çoxu uşaq – muşaqdı.
Sovet dövründə tərcümə olunmuş kitablar çox keyfiyyətli olurdu çünkü bacaran
adamlar tərcümə edirdilər. İndikilər bilmirlər ki, tərcümə etmək sadəcə o
xarici dili bilmək deyil, öz dilini mükəmməl bilməkdir. Öz dilini mükəmməl bilmək
öz dilində çox oxumaqdır. 20, 21 yaşında uşaqların tərcümə etdiyi kitab məni
qane edə bilməz (mən demirəm ki, bu kitabı bu yaşlarda olan birisi tərcümə
edib. Onun yaşını bilmirəm). Bəzi adamlar bu romanı başa düşməyib. Amma mən
onları başa düşürəm. Nəinki
ekzistensializm fəlsəfəsi ilə maraqlanmayanlar, hətta ümumiyyətlə fəlsəfəylə
maraqlanmayıb, tez-tez özünə suallar verməyənlərə bu kitab çox uzaqdı.
Bənzər yazılardan: Albert Camus - Yad
Comments
Post a Comment