Son vaxtlar kitab oxumağı sevən
dostlarımdan bir ağızdan kitablarda olan hərf səhvlərindən olan şikayətlərini eşidirəm.
Mən özüm də bununla çox qarşılaşıram. Xüsusən Qanun nəşriyyatının yüksək sürətlə
kitab tərcümə edib satışa çıxarma prosesinə başlamasında bunu çox əla izləmək
olar. Bəs yaxşı dünya təcrübəsi necədi? Bildiyimiz kimi kitablar əksər hallarda
Microsoft Worddə yığılır. İngilis, Rus və Türk dillərində bu ofis proqramı hərif
səhvlərini avtomatik olaraq bildirir. Bu da həmin dillərdə wordun müəyyən
bazaya sahib olduğunu göstərir. Adı çəkilən proqramın bizim dildə avtomatik
olaraq hərif səhvlərini göstərməsi kimi funksiyası olmadığına görə bizim son
vaxtlar çap olunan kitablarda hədsiz dərəcədə hərif səhvləri olur. Redaktorlar
nə qədər yoxlasalar da gözdən qaçan məqamlar olur. Yenə bir dənə iki dənəni
bağışlamaq olar amma Pişik Qız Minus və Ç.Abdullayevin Veneranın ikinci dəfə həyata
gəlməsi kitabları mənim üçün hərif səhvlərinə görə ən yadda qalan kitablar
olub. Ortalama olaraq hər səhifədə 2-3 hərif səhvi var idi. Bu biabırçılıqdır!!
Kitab oxumaq prosesinə hədsiz dərəcədə xələl gətirir. Adamı yorur. Ümidvaram
doğma dilimizdə də hərif səhvlərini bildirən proqramlar hazırlanar (bunun
yaradılması barəsində mən bir müddət bundan öncə öyrəndim. Hətta linkini tapıb öz
notebookuma da yüklədim amma işləmədi). İkinci məsələ isə çap olunan kitabların
üz qabığının dizaynı məsələsidi. Deyəsən bu Qanunda oturanlar işləri başdan eləmək
üçün hər dəfə cızma-qara eliyib kitab çap eləyirlər. Ya da internetdə axtarış
verib şəkil tapırlar və kitabın üz qabığına copy + paste edirlər. Heç bir
kreativlik yoxdu. Bu da müasir kitab bazarını izləyən bir oxucu kimi məni qane
etmir. Ümidvaram vaxt keçdikcə təcrübələri də artar və səhvlərə yol verməzlər.
Herbert George Wells i yaxşı tanıyıram. Bir əsərini oxumuş, bir digər əsəri əsasında çəkilmiş bir filmə baxmışam. Özünəməxsus üslubu olan bu yazıçı Sci Fi janrında, yəni elmi fantastika janrında yazıb yaratmışdır. Yazdığı əsərlər çox maraqlı, həyəcanverici, düşündürücü və yadda qalandır. Kitabın arxa üzündən: Soğuk bir kış günü,kimselerin uğramadığı Iping Kasabasına karlar arasından,sargılar içinde en ufak yeri bile görünmeyen tuhaf bir yabancı çıkagelir.Kimdir bu yabancı?Kendi halinde deneyleriyle uğraşan bir bilimadamı mı,polisten kaçmaya çalışan bir kanun kaçağı mı,yoksa bütün o giysilerin altında bombalar taşıyan bir şüpheli mi?...Hem bilim kugu hem de Wells'in başyapıtlarından biri... Fikirlərim: Məncə klassik olan bu əsəri elmi-fantastik ədəbiyyatla maraqlanan, ona yüksək dəyər verən hamı oxumalıdır. Yazıçının uğuru insanın gizlətməyi bacardığı hisslərin və psixologiyanın oxuyuculara böyük ustalıqla çatdırmasıdır. Ona görə də onun əsərlərini psixolojik də hesab etmək
Comments
Post a comment