The Truman Show


-         Bəs sizcə niyə hələ də Truman böyük bir şounun ulduzu olduğunu başa düşməyib?
-         Bu çox sadədir. Biz reallığı bizə təqdim olunan kimi qəbul edirik.
-         Dahiyanədir.....


“Bu çox sadədir. Biz reallığı bizə təqdim olunan kimi qəbul edirik” – bu cümlə haqqında həddindən artıq çox düşünmüşəm. Bəs necə olar ki, bizi əhatə edən dünya: ev, iş, səma, ən yaxın adamlar sadəcə xırdalığına qədər düşünülmüş uydurmadır? Yox bu deyəsən mümkünsüz görsənir....


Film, bir insanın körpəlikdən televiziya şousuna ulduz (baş qəhrəman) edilərək həyatının on-line rejimdə bütün dünyaya izlədilməsini təsvir edən kədərli hekayədir. Filmi izlərkən öz-özünə varlığım barəsində çoxlu suallar verirdim. Bəlkə biz də böyük bir şounun iştirakçılarıyıq? Filmin baş obrazının timsalında bir daha başa düşürsən ki, heç kimin sənin həyatını modelləşdirməyə, formalaşdırmağa ixtiyarı yoxdur. Sən özün zəhmət çəkərək, düşünərək öz həyatını qurmalısan (sözsüz ki, insanın böyüyüb başa çatdığı mühit çox vacibdir amma yenə də hər şey demək deyil).

Cim Kerrinin filmlərini bir çoxlarımız böyük həvəs və məmuniyyətlə izləyirik. Bu filmdə də Cim Kerrinin rol oynaması və filmin sonundakı performansını çox bəyəndim. Yəni bir gün o fərqinə varır ki, ona böyük bir oyun oynanılır və o bu darısqal “dünyadan” çıxmaq istəyir. Bu yolda hansı maneələrlə rastlaşır? Kim ona bu yola dəvət edir? Həytda hər şey bizdən aslıdlır? Bax bu suallara cavab tapmaq istəyirsinizsə filmi izləyin. İnsanı düşünməyə vadar edən dərin mənalı bir film.

Bütün dünya teatrdır və insanlar da onda aktyordurlar – Uilliam Şekspir


    




P.S - Yazı öz şəxsi fikirlərim və kinopoisk.ru saytının müvafiq film üzrə izləyici şərhləri əsasında hazırlanıb. 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi