Çingiz Mehbaliyev - Miras: Bakının Sirri





Çingiz Mehbaliyevlə tanış olaq: Çingiz Mehbaliyev 1986 – cı ildə Bakıda ziyalı ailəsində anadan olmuşdur. 1993-2004 – cü illərdə Binəqədri rayonundakı 283 nömrəli məktəbi əla qiymətlərlə bitirərək BDU-da beynəlxalq hüquq üzrə təhsil alıb. 2012-ci ilin fevral ayında BDU-da beynəlxalq hüquq üzrə magistr elmi dərəcəsinə yiyələnib. Hal-hazırda hüquqşünas olaraq işləyir.
Tələbəlik illərində ictimai fəaliyyətlə məşğul olub, Azərbaycan Gənclər Parlamentinin üzvü seçilib. Eyni zamanda rəssamlığa da maraq göstərib və bir sıra beynəlxalq rəsm sərgilərində iştirak edib. Azərbaycan və Türkiyə rəssamlar təşkilatının üzvüdür.
Kitabın üz qabığından: Biliklər bizə səpinti halında verilir. Əgər o bilikləri düzgün şəkildə sistemləşdirsək, onda dünyanın əsl mənzərəsini almış olarıq. Mən sənə dünyanın əsl mənzərəsini göstərəcəm.
Artıq yüz illərdi ki, bütün dünya iki yerə bölünüb: Bakının sirrini ələ keçirmək istəyənlərə və bu sirri qoruyub saxlamaq istəyənlərə. Sadə insanlar isə bu mübarizənin Bakı nefti uğrunda getdiyini düşünürlər. Bakı neftini unut getsin! O, sənin fikrini yayındırmaqdan başqa bir işə yaramaz. Bakının başına gələn macəraların əsl səbəbi başqadır...
Sən demə, indiyə qədər əksər adamların nəzərindən yayınan bəzi məlumatlar sanki müəmmalı kodu və gələcək nəsillər üçün gizlədilmiş şifrəni özündə əks etdirirmiş və Bakının hamının bildiyi aşkar tarixindən başqa "məxfi tarixi" də varmış. Görəsən şifrələnmiş mətnləri və "məxfi tarixi"ində nələr yazılıb?
Əsas qəhrəmanın düşdüyü çətin vəziyyətlərdən öz biliyi və məntiqi mühakiməsi ilə çıxış yolu tapması, elmi mənbələrə və tarixi faktlara istinad etməsi əsərə intellektual detektiv xarakteri verəcək. Bu səbəbdən də kitab Azərbaycanda yazılan ilk milli intellektual detektiv hesab edilə bilər.
Şəxsi fikirlərim: Kitabın xüsusi, milli və maceravi aurasına görə çox bəyəndim. Biz xüsusiylə xarici ədəbiyyatlarda intelektual dedektiv romanları oxumuşuq. Bəzən elə olub ki, o əsərlərdə təsvir olunan hadisələri, yerləri xəyalında canlandırmaq çətin olub. Məsələn Dan Braun buna misal ola bilər. Məhz buna görə də kitabın ilk intelektual dedektiv olması xüsusi vurğulanmalıdır.   Tamamilə yerli məkanların və milli insanların olması əladır. Kitabı oxuyanlardan əldə etdiyim məlumata görə, kitabın ilk səhifələrində verilən məlumatlar bəzi oxuculara o dərəcədə təsir edib ki, onlar bu məlumatları özləri şəxsən araşdırmağa başlamışlar. Bu da kitabın oxucuların diqqətini maksimum dərəcədə cəlb etdiyini və həvəslə oxuduğunu göstərir. Sadəcə romanın baş qəhrəmanının keçmişi ilə əlaqədar məlumatın qismən azlığı məndə bir az qaranlıq qaldı ki, bu da hadisələrin gedişinə və kitabın oxunaqlı olmasına mənfi təsir etmir. Əksinə müəmmaları daha da artırır. Ümumilikdə 10 ballıq sistemlə 7 bal verirəm və intelektual dedektiv janrı, tarix, ümumi dünya görüşünü artırmaqla mararlananlara, vaxtını maraqlı keçirib zövq almaq istəyənlərə kitabı məsləhət görürəm.

                                               Kitabın promo videosu:

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Aleksandr Puşkin - Kapitan qızı

Kamal Abdulla - Sehrbazlar dərəsi