Herbert George "H.G." Wells - İnvisible Man - Görünməz Adam


Herbert George Wellsi yaxşı tanıyıram. Bir əsərini oxumuş, bir digər əsəri əsasında çəkilmiş bir filmə baxmışam. Özünəməxsus üslubu olan bu yazıçı Sci Fi janrında, yəni elmi fantastika janrında yazıb yaratmışdır. Yazdığı əsərlər çox maraqlı, həyəcanverici, düşündürücü və yadda qalandır. 
Kitabın arxa üzündən: Soğuk bir kış günü,kimselerin uğramadığı Iping Kasabasına karlar arasından,sargılar içinde en ufak yeri bile görünmeyen tuhaf bir yabancı çıkagelir.Kimdir bu yabancı?Kendi halinde deneyleriyle uğraşan bir bilimadamı mı,polisten kaçmaya çalışan bir kanun kaçağı mı,yoksa bütün o giysilerin altında bombalar taşıyan bir şüpheli mi?...Hem bilim kugu hem de Wells'in başyapıtlarından biri...
Fikirlərim: Məncə klassik olan bu əsəri elmi-fantastik ədəbiyyatla maraqlanan, ona yüksək dəyər verən hamı oxumalıdır. Yazıçının uğuru insanın gizlətməyi bacardığı hisslərin və psixologiyanın oxuyuculara böyük ustalıqla çatdırmasıdır. Ona görə də onun əsərlərini psixolojik də hesab etmək olar. İnsan elmini inkişaf elətdirir amma nə istədiyini də diqqətlə düşünməlidir. Bu gün insan bir çox şeyə nail olub və daha da çoxa istiqamətlənib. Bəs yaxşı əldə edəcəkləri insana, cəmiyyətə, təbiətə necə təsir edəcək? Nəticələri necə olacaq? Nəticələr mənfidi yoxsa müsbət? Görünməz insan olmaq nə dərəcədə yaxşı nə dərəcədə pis bir şeydi? Wells bizə insanın bu qədər ehtirasla istədiyi görünməz olmağın nə ilə nəticələnəcəyini bizə göstərir. 
Maraqlı fakt!!!: Maraqlı fakt ondan ibarətdir ki, ABŞın Philadelphia bölgəsində 1943 – cü ildə ABŞ ordusu görünməz döyüş sursatları əldə etmək üçün bəzi təcrübələr aparmışdır. Yüksək maqnit və elektrikin təsiri nəticəsində görünməz bədənin əldə edilməsi də bu təcrübənin nəticəsində baş vermişdir. Təcrübənin icraçılarında olan müsəlman alim Morris Jessup daha sonra dostları olan bəzi elm adamlarına, apardıqları təcrübələr haqqında məktublar yazmışdır. Üzərindən bir müddət sonra bu məktublardan bəzilərini elm xadimi  K.M Allein ictimayiətə açmışdır. Bu məlumatların nə dərəcədə doğru olduğunu deyə bilmərəm amma belə bir məlumat var.Nəticə: Kitab çox axıcıdır. Dili çətin deyil. Çox uğurlu yazılmış kitab da deyə bilərəm. Bəzən elə olur ki, kitabın mənası çox əla olsa da ya tərcüməsi yaxşı olmur ya da original dildə oxuyub başa düşmürsən (mən ingilis dilində sadələşdirilmiş versiyasını oxumuşam). Məncə bu kitabda belə bir vəziyyət yoxdur. Dünyalar Savaşı və Zaman Makinesi de yazarın ən əla əsərlərindəndir. Maraqlı və zövq verici vaxt keçirdmək istəyirsinizsə bu yazıçı ilə tanış olun. 10 ballıq sistemlə 9.

P.S – yazının hazırlanmasında kitapyurdu.com saytının müvafiq kitab üzrə oxucu şərhlərindən yararlanılmışdır.

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Aleksandr Puşkin - Kapitan qızı

Kamal Abdulla - Sehrbazlar dərəsi