Пол Экман - Психология Лжи - Yalanın Psixologiyası
Paul
Ekman kimdir? –
Paul Ekman Amerikanın Kaliforniya universitetinin məşhur professorudur. Hisslərin
psixologiyası, yalanın müəyyənləşdirilməsi və psixologiyası , şəxsiyyətlərarası
ünisyyət sahəsində mütəxəssisdir. Professor Ekman dünyada qeyri-verbal ünisyyətin
analizi sisteminin banisi və dünyaca məşhur Lie to Me teleserialının
ruhlandırıcısıdır.
Kitabın
arxa üzündən:
Müasir insanın 10 dəqiqəlik söhbəti zamanı 3 dəfə yalan danışdığı doğrudurmu?
Yalanın insan həyatının bütün sferalarına daxil olduğuna necə reaksiya verək?
Yalanı səs və sözlərə görə müəyyənləşdirə bilmədikdə nə edək? Paul Ekmanın bu
kitabında bu suallara müəyyən qədər cavab tapacaqsız. Yadda salayın – yalanı
gizlətmək çətin işdi. Universal mikro ifadələr və jestlər yalançını onun milliyət
və sosial statusdan aslı olmayaraq həmişə ələ verir. Başqalarının görmədiklərini
görməyə başlayın. Yalanın ifşa olunmasında kim maraqlıdırsa kitab ona
ünvanlanmışdır: psixoloqlar, hüquqşünaslar, iş adamları, menecerlər, evdar
qadınlar, kim ki, professional və şəxsi həyatda yalanın qurbanı olmaq istəmir.
Şəxsi
fikirlərim:
Olduqca çətin sahə olan yalanın psixologiyası əlbəttə ki, bir belə kitabın
oxunmasıyla əmələ gəlməz. Bu sahənin xüsusi təlimləri var. Nəzəri bilikləri öyrənib
praktikada tətbiq etməsən alınmaz. Əlbəttə bu o demək deyil ki, kitab
faydasızdı. Xeyr. Maraqlı sistemləşdirmələr, faktlar və məlumatlar var. Şübhəsiz
bu sahə ilə maraqlananlar oxumalıdır. Ən əsası isə Paul Ekmanı tanımalıdır. +
Lie To Me teleserialını izləməlidir. Diqqətli olun!! Bəzi insanlara bu mövzular
olduqca pis təsir edib. Bəziləri özünə qapalıb və insanların davranışlarını
fasiləsiz analiz edərək özlərini yorublar. İnternetdə apardığım araşdırmalar və
özümdə şahidi olduğum əlamətlər də mənə bunu deməyə əsas verir.
Nəticə: 10 ballıq sistemlə 7. Yəni dostlar elə düşünmüyün ki, bu kitabı
oxuduqdan və ya Lie To Me televiziya serialını izlədikdən sonra siz bütün
yalanları ifşa edə biləcəksiniz. Xeyr. Bunun üçün sizə bir xeyli vaxt və ən əsası
təlimlər lazımdır. Amma yenə də bir xeyli irəliləyiş əldə edib, bir çoxlarının
bilmədiklərini biləcəksiniz.
Bənzər yazılardan: Sefa Saygılı - Ruh Hastalıkları ve Korunma Yolları
Comments
Post a Comment