Пол Экман - Психология Лжи - Yalanın Psixologiyası


Paul Ekman kimdir? – Paul Ekman Amerikanın Kaliforniya universitetinin məşhur professorudur. Hisslərin psixologiyası, yalanın müəyyənləşdirilməsi və psixologiyası , şəxsiyyətlərarası ünisyyət sahəsində mütəxəssisdir. Professor Ekman dünyada qeyri-verbal ünisyyətin analizi sisteminin banisi və dünyaca məşhur Lie to Me teleserialının ruhlandırıcısıdır.
Kitabın arxa üzündən: Müasir insanın 10 dəqiqəlik söhbəti zamanı 3 dəfə yalan danışdığı doğrudurmu? Yalanın insan həyatının bütün sferalarına daxil olduğuna necə reaksiya verək? Yalanı səs və sözlərə görə müəyyənləşdirə bilmədikdə nə edək? Paul Ekmanın bu kitabında bu suallara müəyyən qədər cavab tapacaqsız. Yadda salayın – yalanı gizlətmək çətin işdi. Universal mikro ifadələr və jestlər yalançını onun milliyət və sosial statusdan aslı olmayaraq həmişə ələ verir. Başqalarının görmədiklərini görməyə başlayın. Yalanın ifşa olunmasında kim maraqlıdırsa kitab ona ünvanlanmışdır: psixoloqlar, hüquqşünaslar, iş adamları, menecerlər, evdar qadınlar, kim ki, professional və şəxsi həyatda yalanın qurbanı olmaq istəmir.
Şəxsi fikirlərim: Olduqca çətin sahə olan yalanın psixologiyası əlbəttə ki, bir belə kitabın oxunmasıyla əmələ gəlməz. Bu sahənin xüsusi təlimləri var. Nəzəri bilikləri öyrənib praktikada tətbiq etməsən alınmaz. Əlbəttə bu o demək deyil ki, kitab faydasızdı. Xeyr. Maraqlı sistemləşdirmələr, faktlar və məlumatlar var. Şübhəsiz bu sahə ilə maraqlananlar oxumalıdır. Ən əsası isə Paul Ekmanı tanımalıdır. + Lie To Me teleserialını izləməlidir. Diqqətli olun!! Bəzi insanlara bu mövzular olduqca pis təsir edib. Bəziləri özünə qapalıb və insanların davranışlarını fasiləsiz analiz edərək özlərini yorublar. İnternetdə apardığım araşdırmalar və özümdə şahidi olduğum əlamətlər də mənə bunu deməyə əsas verir.  
Nəticə: 10 ballıq sistemlə 7. Yəni dostlar elə düşünmüyün ki, bu kitabı oxuduqdan və ya Lie To Me televiziya serialını izlədikdən sonra siz bütün yalanları ifşa edə biləcəksiniz. Xeyr. Bunun üçün sizə bir xeyli vaxt və ən əsası təlimlər lazımdır. Amma yenə də bir xeyli irəliləyiş əldə edib, bir çoxlarının bilmədiklərini biləcəksiniz.
                     
                                           Kemal Sayar - Her Şeyin Bir Anlamı Var
                                            Mümin Sekman - Her Şey Beyinde Başlar
                                            Arzularımızı öldürməyin 3 əlaməti - Paulo Ceolho
                                            Muhammed Bozdağ - Ruhsal Zeka (SQ)

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi