Mümin Sekman - Her Şey Beyinde Başlar
Her şey beyində başlar. Uğur, xobəxtlik, hüzur beyindən gəlir. İnsanın xarakteri, qərarları, taleyi başında formalaşır. Beyin orqanizmimizin 2 % - ni təşkil etsə də, geriyə qalan 98 % - ni idarə edir. Vacib bir iş gördüyündən başımız üstündə yeri var. Ağlımızın maşını olan beynimiz hamıya havayı verilir. Çoxumuz onu necə istifadə etmək lazım olduğnu öyrənmirik. O da başımızın içində özünə görə işləyir. İstehsal etdiyi hiss və düşüncələri isə biz yaşayırıq. Biz onu istifasdə etməsək o bizi istifadə edir. Nə düşünəcəyini nə edəcəyini müəyyənləşdirir. Bu kitab beyni beyinə izah edir. Kitabı ümumi üç hissəyə bölüb izah etmək istərdim:
Vicdani Təzyiq: Müəllif kitabın şərti olaraq vicadi təzyiq adlandırdığımız hissəsində sanki bizə beynimizin olduğunu və onu daha yaxşı istifadə edə biləcəyimizi bizə çatdırır. Bunu müxtəlif misallar verərək yaxşıca əsaslandırır. Bir çox suallar və onların cavabını bizə çatdırır. Ümumi olaraq bildiyimiz amma dəqiqliklə bilmədiyimiz nüansları qeyd edir. İnsanda sanki oyanış yaranır. Vicadani təzyiq adlandırardım bunu.
Anatomik Məlumatlar: İkinci hissəsində isə beynimizi əmələ gətirən müxtəlif hüceyrələr və onların bir – biriləri ilə əlaqələri vurğulanıb. Anatomiya kitabı oxuduğunuzu zənn edə bilərsiniz. Bəzi adamlar bu hissəni darıxdırıcı hesab etsə də, deyərdim ki, bu hissə vacibdir. Çünki adamda ciddi bir təsəvvür yaradır.
Üçlü Beyin Nəzəriyyəsi: Kitabın ən maraqlı hissəsi budur. Çünki bu hissədə siz gündəlik həyatımızda beynimizin necə işlədiyini, hansı qatlarının olduğunu öyrənə bilərsiniz(Bunun haqqında blogumda üçlü beyin nəzəriyyəsi başlığı altında yazım var). Şəxsən mənə görə kitabın ən faydalı hissəsi bu oldu.
Məyusluq: Gözləntilərimi doğrultmadı. Çünki mən konkret olaraq istiqamət gözləyirdim. Məsələn: belə elə beynin raket sürəti lə işləsin. Belə elə yaddaşın hamıdan güclü olsun. Belə elə İQ – un 150 olsun və s. Belə olmadı amma buna baxmayaraq müxtəlif maraqlı faktlar və nümunələrlə zənginləşdim. Hamıya məsləhət görəcəyim kitabdır çünki beyini beyinə izah edən və ən əsası bir çox hadisələrin izahı olan kitabdır. Bu kitab bir başlanğıcdır. Nəyə? Sizin araşdırmalarınız üçün. Kitabdan əldə etdiklərinizi insan həyatının müxtəlif sahələrində axtarmağa başlasanız maraqlı nəticələrlə rastlaşacaqsınız.
Comments
Post a Comment