Xalid Hüseyni - Min Möhtəşəm Günəş

Kitabın ingiliscə adı: Khaled Hosseini - A Thousand Splendid Suns
Kitabın rusca adı: Халед Хоссейни - Тысяча сияющих солнц
      Kitabın türkcə adı: Khaled Hosseini - Bin Muhteşem Güneş   

       Təqdimat: Sevgi – böyük hissdir. Öz saatını, zamanını gözləyən böyük, sirli və dərin sığınacaq... Xalid Hüseyninin 2007-ci ildə dünya miqyaslı bestseller olan «Min möhtəşəm günəş » məhz bu mövzuya aiddir.
Romanın mərkəzində sarsılmış Əfqanıstanın sarsılmış iki qadınıdır. Məryəm – oduqca imkanlı biznesmenin qızıdır. O, hələ uşaq ikən bədbəxtçiliyin və yalnızlığın nə olduğunu başa düşmüşdü. Leyla isə əksinə, xoşbəxt və maraqlı gələcək arzusunda olan, ailənin sevimli qızıdır. Onlar ayrı-ayrı dünyaların insanlarıdır və aralarında ortaq heç nə yoxdur. Həyatlar heç kəsişməzdi də əgər müharibə olmasaydı (elə burada «müharibə olmasaydı» şeirini xatırlayıram). Məhz hadisələrin belə gedişatından sonra onlar qırılmaz bağlarla bir-birilərinə bağlandılar. Bəs yaxşı onlar kimdirlər? Düşmən, rəfiqə yoxsa bacı? Obyektiv reallıq isə odur ki, bir-birilərindən ayrı onların orta əsr despotizmi şəraitində sağ qalmaq şansları yoxdur. Onlar birlikdə bir çox iztirablardan keçəcəklər. Onlar birlikdə nə vaxtsa arzuladıqları xoşbəxt gələcəyi arzuylayacaqlar. «Min möhtəşəm günəş», qəlbləri kədərdən və sevincdən sarsıdan, olduqca güclü, dramatik və lirik əsərdir.(livelib.ru)
Təəsüratlarım, fikirlərim və məsləhətlərim: Bu kitab haqqında yazmaq üçün monitor qarşısında oturanda uzun müddət fikirlərimi toplayıb nə yazacağıma qərar verə bilmədim. Xalid Hüseyni zorakılıq, işgəncə, ölüm, bir sözlə yaxınlığımızda olan müharibə və qəddarlıq haqqında o qədər gözəl yazır ki. Bəlkə də bir az sərt çıxa bilər, amma qoy deyim. Çoxlarımız bu haqsızlıqları, əclaflıqları görməməzlikdən gəlirik. «Mövzunu dəyişdiririk». Milyonlarla insanlar üçün müharibə yeganə anlayışa çevrilib. Onların başqa dünyaları, onsuz da yoxdur. Belə kitablar haqqında bir yox, onlarla yazı yazmaq olar. Odur ki, Xalid Hüseyninin kitabları bizə xəbərlərdə eşitdiyimiz, gördüyümüz epizodların həqiqi simasını göstərir.
Qadınlara münasibət: Bəziləri kitabı oxuduqdan sonra elə düşünəcəklər ki, «ay camaat, baxın, baxın, görün orta əsrlərdə olan zorakılıq və qadına olan təhqiramiz münasibət bu gün də «İslam»da var». Bu xüsusiylə qeyri-islam ölkələri üçün aiddir. İnsanlar bu hadisələrlə İslam dinin günahlandıracaqlar, halbuki bütün bu baş verənlərin zərrə qədər də islamla əlaqəsi olmadığını öyrənsələr utandıqlarından yerə girmək istəyərlər. Öz zavallı pul, vari-dat, mal-mülk və hökmranlıq etmək istəklərini gerçəkləştirmək istəyən «dindar» insanlar, sadəcə və sadəcə şərəfsiz insanlar toplusundan savayı başqa bir şey deyildir.
Emosional kitab: Çətin ki, müasir dünya ədəbiyyatında, elə müasir dünyamızın əzablarını göstərən kitabların sayı çox olsun. Oxucuya kifayət qədər emosiya yaşadmağı bacaran və düşündürən, qanını qaynadan kitabdır. Dostlar, Qurani-Kərimdə 17-ƏL-İSRA surəsində yazılanlarda biz bu günkü dünyanı görürük. O dünyanı ki, belə bir əsərin yaranmasına və on minlərlə insanın həyatına sonuna səbəb olub. Aşağıdakıları diqqətlə oxuyaq:
17:61. Meleklere: Âdem'e secde edin! demiştik. İblis'in dışında hepsi secde ettiler. İblis: "Ben, dedi, çamurdan yarattığın bir kimseye secde mi ederim!"
17:62. Dedi ki: "Şu benden üstün kıldığına da bir bak! Yemin ederim ki, eğer beni kıyamete kadar yaşatırsan, pek azı dışında, onun neslini kendime bağlayacağım!"
17:63. Allah buyurdu: Git! Onlardan kim sana uyarsa, iyi bilin ki hepinizin cezası cehennemdir. Tam bir ceza!
17:64. Onlardan gücünün yettiği kimseleri dâvetinle şaşırt; süvarilerinle, yayalarınla onları yaygaraya boğ; mallarına, evlâtlarına ortak ol, kendilerine vaadlerde bulun. Şeytan, insanlara, aldatmadan başka bir şey vâdetmez.
17:65. Şurası muhakkak ki, benim (ihlâslı) kullarım üzerinde senin hiçbir ağırlığın olmayacaktır. (Onları) koruyucu olarak Rabbin yeter.

Şeytan işini görür. İnşallah bizlər bu imtahandan çıxa bilərik.

Comments

  1. Yazini cox Beyendim. Dinimiz haqqinda fikirlerin gozel. Ve ne gozel ki, Islami yanliw tanidanlara inanmirsan.

    ReplyDelete
  2. Bele bir eseri oxudugumchun hem chox xoshbext,hem de kederli oldum.Xoshbext ona gore ki Xalid Huseyni kimi dahinin beyninden,ureyinden suzulen fikirleri,duygulari bu kitab vasitesile men de elde etmish olmush,chox tesirlendim.Yegin ki heyatimda bir de bu 2 eser kimi(cherpeleng uchuran,min mohteshem gunesh) oxumayacam.Kederli ona gore ki yalniz 1 cumlemle ifade eleyecem.Biz burda yeyib,ichib,gezib,rahat eylendiyimiz vaxtda bizimle eyni dovrda yashayib amma sirf onlarin gunahi olmadan bele ezablara dozen insanlar yashayir desem duz chixmaz.Olumlerini gozleyirler...

    ReplyDelete
  3. Kitabı oxumamışam, ama kitab haqqında ele bir təəsürat fikir bildirmisən ki, sabah ilk işim kitabı alı oxumaq olacaq. Uğurlar

    ReplyDelete
  4. Bu əsər çox möhtəşəmdi.Sizi Əsər və İslam haqqında fikirləriniz əsəri oxuyanlara daha bir ləzzət qatır.Muselmanlar Sizin kimi duşunseydi.İndi sadəcə Allahın qulu olardılar.Hal hazırda insanlıq Hər şeyin quludu.Allahdan başqa....

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi