Dahilik Parıltısı - Flash of Genius - Проблеск гениальности
O, pul üçün mübarizə aparmırdı.
O, haqq-ədalət, şərəf, ləyəqət üçün mübarizə aparırdı. Özünə və bu mübarizəyə inandı. Ömür gün yoldaşı onu
yalnız qoysa da, Bob (reallıqdakı adı Robert)
ideallarından əl çəkmədi. Əgər o, satılsaydı, ömrünün sonuna qədər
narahat ruhla, başqa sözlə, vicdan əzabı ilə yaşayacaqdı. Çünki haqq-ədalət
uğrunda aparılmış mübarizə doğru yoldur. Vicdanlı insan isə doğru yola xəyanət
etməz. Bob kimi doğru yolda irəlilədiyinə inananlar sırasında mən bu dəqiqə ən əsas
canlı örnək peyğəmbərləri gətirə bilərəm. Onlar bir dəqiqə belə ədalətə şübhə
etməmişlər. Bu filmdən çıxaracağımız ən əsas nəticə bundan ibarətdir ki, əgər
biz doğru yolda irəliləyiriksə, bilməliyik ki, bunun nəticəsi gec ya da tez ədalət
olacaq! Bu çox çətin yoldur. Özünə inanmayacaqsansa sadəcə kənarda qalmalısan.
Robert isə...
Süjet:
Kollec professoru və ixtiraçı Robert Kearnsın gerçək əhvalatları əsasında çəkilmiş
bu film bizə onun uzun illər ABŞ-ın avtomobil sənayesi ilə apardığı vicdanlı
mübarizəsini göstərir. Bu mübarizəyə görə, o, ağır qurbanlar verir. Çox şeyini
itirir. Heç kim inanmırdı ki, o, qalib gələ bilər. O, isə mübarizə aparmağı
seçdi.
Bobun xoşbəxt ailə həyatı var idi. Altı uşağı ilə o, Amerikan tipli
arzularla gələcək xəyalında idi. Bir gün o, bütün dünyada avtomobillərdə
istifadə oluna biləcək şüşəsilən ixtira edir. Bu ixtirasının istehsalına
başlamaq istəsə də, nəhəng avtomobil şirkəti «Ford» onun ideyasını oğurlayır.
Bax beləcə çox uzun bir yol başlayır.
Texniki detallar: Operator və rejissor işi pis deyil. Kifayət qədər yaxşıdır. Filmdə
çox tanınmış aktyorlar iştirak etməsə də, rollarının öhdəsindən layiqincə gəlmişlər.
Film 20-ci əsrin ikinci yarısının ilk illərini təsvir etdiyindən filmin büdcəsi
yüksəkdir – 20.000.000 dollar. Əslində filmin konsepsiyası original deyil. İmdb
reytinqi ona görə də aşağıdır – 6.8 (2013). Ümumi qənaətimcə isə təsvir etdiyim
kimi motivləri sevən kino sevərlərə məsləhət görə biləcəyim bir filmdir.
Nə olursa olsun, istənilən
hallarda oğru oğrudur. Oğrulara sağlam düşüncə tərzinə, təmiz vicdana və əxlaqa
sahib hamı nifrət etməlidir.
Comments
Post a Comment