Anatomiya və Anatomiya - 2
Morqa xoş gəlmişsiniz xanımlar və cənablar!
Anatomy – Süjet: Tibb sahəsində tələbə olan Paula Henning, Heydelberqdə çox məşhur
universiteti qazanır. Orada isə praktika zamanı qatarda gördüyü oğlanın bədənini
əməliyyat stolunda görəndə dəhşətə gəlir. Beləcə də Antihippokratlar təşkilatının
izinə düşür. Elə onlar da onun izinə düşürlər...
Təəssüratlarım: Tamamilə təsadüfən belə bir filmin varlığı haqqında məlumat aldım və
hərgah ki, mən ujas və ya triller sevən adam deyiləm, baxmaq qərarına gəldim.
Hannibal Lekter seriyası mənə daha çox cəlbedici gəlir. «Alman anatomiya»sı isə
heç də pis təəssüratlar yaratmadı. Filmdə bəyəndiklərim bunlar oldu: 1)
Anatomiya ilə əlaqədar bütün aspektlər yaxşı təsvir olunub. Almanlar bunu yaxşı
bacarıblar. Tibblə əlaqədar tutorları, görünür ki, yaxşıdır. 2) Araşdırmalarım
təsdiq etdi ki, bir çox tibb işçiləri filmi izləmiş və filmin, tibb işçilərini
- əsasən cərrahları - olduqca yaxşı təsvir
etdiyini deyirlər. 3) İnsanları öldürən gizli tibbi təşkilatlar, əslində yeni
mövzu deyil. Buna baxmayaraq siyasətdən və puldan uzaq bir filmlə
qarşı-qarşıyayıq. Diqqətlə düşündükdə, bəli, həqiqətən də, gizli tibbi təşkilatlar
və onların qurbanları olduqca qorxulu söhbətlərdir. 4) Film insanı həqiqətən də
qorxuda bilər. Empatiya bacarıqları yüksək olan izləyicilər, filmi izləyərkən
kifayət qədər dəhşətə gələ bilərlər. Elə mən özüm də dediyimi yaşamışam.
Anatomy – 2: Birinci
hissədəki kimi bu bölümdə də Antihippokratların qadağan olunmuş təcrübələrindən
söhbət gedir. Gənc həkim və futbol oyunçusu Jo Hauser, Berilənə gedib daha çox
bilik əldə etmək və əlil qardaşına kömək etmək istəyir. Prof. Muller-LaRousse
başçılığı altında o, gizli həkimlər lojasına (Antihippokratlar) qoşulur.
Bu dəfəki seriyada, Antihippokratlar, etik qaydalardan kənar, heç bir
qanuna hörmət qoymadan, süni əzələ sistemini insanlar üzərində sınaqdan
keçirirlər. Süni əzələlər vasitəsilə insan, hətta ölümsüz belə ola bilər.
İnsanı yeni təkamül mərhələsi gözləyir. Bütün bu sınaqlar və təcrübələr isə
qurbanlar tələb edir. Bu qurbanlardan birisi də Jo olur. Jo kəşflər etməyə həvəslidir,
amma Leenin (Filippinli tibb bacısı) sayəsində sadəcə süni əzələli narkomana
çevrildiyinin şahidi olur.
İkinci hissədə daha çox ekşn var. Qaça-qov və həyəcanverici məqamlar
çoxdur. Konsepsiya da daha maraqlıdır. Birinci hissədə originallıq əsasən
Antihippokratlar təşkilatının ifşasında idisə, bu hissədə originallıq artıq
Sci-Fi janrındadır. Əlbəttə, ssenari və hər iki filmin skleti eynidir. Süni əzələlər
və onun insan üzərində təcrübəsi. Məncə, izləməyə dəyər, əgər qorxmursansa.
Orqan mafiyası: Yəqin ki, bu termini tanıyırsız. Qeyri-qanuni olaraq insanları
oğurlayan, öldürən və orqanları baha qiymətə satan insanlar orqan mafiyasını əmələ
gətirir. Uşaqlıqdan bu yana xəbərsiz-ətərsiz itkin düşən insanlar haqqında xəbərlər
eşidirəm. Sözün düzü, əvvəllər bunu yadplanetli əməli olduğunu düşünürdüm, bu
gün isə orqan mafiyası işi olduğunu düşünürəm. Əlbəttə yadplanetli versiyası da
istisna deyil. Onlara material lazımdır. Bizlərdən hər birimiz bunun üçün
potensial materialıq.
Yekun: Bu ikihissəli
film məni müəyyən qədər hipnoz eləmişdi. Özümü manyak kimi hiss edirdim. Nə
yalan deyim, bəzən, ətrafımda baş verənləri görüb, həqiqətən də manyaklıq,
psixopatlıq etmək istəyirəm. Zarafat etmirəm. Odur ki, əsəbləri zəif olan
insanlar – məsələn mənim kimi – bu filmi izləməsələr daha yaxşı olar. Onu da
qeyd edim ki, film tibbə qarşı inamsızlıq hissi yaradır (bəlkə aranızda müasir
tibbə - biznesə- inananlar hələ də var).
Heqiqeten qorxdum:):) esebleri zeif oldugum ucun baxmagim meslehet deyil:)
ReplyDeleteYəni təsir edə bilər))))
Delete