Jean-Paul Sartr - Aydınlar Üzerine
Təqdimat: Aydın
kimdir? Kendisini ilgilendirmeyen şeylere burnunu sokan, küresel insan ve
toplum kavramı adına kabullenilmiş gerçeklerin ve bundan kaynaklanan
davranışların tümünü sorgulama iddiasında olan biri midir? Bir işlevi var mı?
Bu işlevini yerine getirmek için kim görevlendiriyor onu? Onun özelliği, hiç
kimse tarafından görevlendirilmemiş olması, konumundan dolayı da kimseye borçlu
olmamasıdır. Bu özelliğiyle o, canavarlaşmış toplumların ürünü bir canavardır.
Onu hiç kimse istememekte, hiç kimse tanımamaktadır; söylediklerine duyarlı
olunabilir, ama varoluşuna aldırılmaz. Ünlü filozof ve yazar Jean-Paul Sartre, üç
konferans ve bir söyleşiden oluşan Aydınlar Üzerine başlıklı incelemesinde
aydınları her yönüyle irdeliyor
Kitabı Türkiyədə olarkən, kitab mağazasında gördüm və kitabın
arxasını, başqa sözlə, yuxarıda yazılanları, oxuyandan sonra mütləq almalıyam qərarını
verdim. Üstündən çox keçsə də indi oxudum və təəsüratlarımı bu bloq yazısında
bildirirəm: Sartrı «Ürəkbulanma» romanından yaxşı tanıyıram. Əsər xatirimdə çox
yaxşı qalıb. Oxuduğum fərqli kitablardan olmuşdu. Düşüncə tərzimi yeniləmişdi.
Odur ki, Sartr yaradıcıllığı ilə maraqlanırdım. Bu kitab isə Sartrın,
Yaponiyada, Tokyo və Kyoto kimi şəhərlərində verdiyi konfransların əsasında
hazırlanmışdır. Kitabı oxuyub bitirsəm də, tam anlaya bilmədim. Burada tərcümənin
də rolu heç də az deyil. Yenə də oxuduqlarımın az qismini anladım və az bir şey
götürdüm. Bunun səbəbini onda görürəm ki, Sartrın fəlsəfi fikir əlifbasını yaxşı
bilmirəm. Bunun üçün onun digər – məsələn «Varlıq və Heçlik» kimi – daha vacib əsərlərini
oxumaq lazımdır. Kitabın son səhifələri isə müsahibədən ibarətdir. Hərgah, heç
onu da tam anlamadım. Ümidverici məqam ondan ibarətdir ki, kitabı sonra yenə
oxuya bilmək imkanına sahibəm. Əlbəttə, hal-hazırda kitabın məğzinə quşbaxışı tərzində
sahibəm, odur ki, ümidliyəm.
Kitabda «aydın» termini müxtəlif prizmalardan araşdırılır və nə
olursa olsun, aydının dünyası şərtlərdən uzaq olub, universal olmalıdır tezisi
müdafiə olunur. Bu fikir yeni deyil. Hind fəlsəfəsi elə bu fikrin üzərində
dayanır. «Praktik bilgi mühəndisi», aydın termininin aydınlaşdırılması üçün,
Sartr tərəfində yaradılmışdır və olduqca maraqlı bir şeydir. Bu terminin
izahını vermək istəsəm, inanmıram ki, uğurlu olum. Odur ki, bu yazıda ən yaxşı
ümumi məlumatlar və təqdimatdır.
Sartr sevdiyim yazicidir.Sohbete dexli olmasa da deyim ki,Onun yaradaciligi ile yaxindan tanis olmamin baslangici her hansi bir eserinnen valeh oluguma gore yox,sadece adini xarizmatik hesab etdiyime gore olmusdur.
ReplyDeleteSen de ki,masallah goz deymesin yazib-yaradirsan.Halal olsun!.Yaradici gencliye daim telabat var :)Amma ki,4 cu kursda oxuya-oxuya bu qeder kitab oxumaga,blog yazmaga nece vaxt tapirsan ? :o
Mən elə hesab edirəm ki, daha doğrusu, təcrübəm belə göstərir ki, Sartr yaradıcıllığına hardan gəldi başlamaq effektiv deyil. Məncə varlıq və heçlikdən başlamaq lazımdır. Necə ki, hansısa dili öyrənmək üçün onun əlifbasını bilmək lazımdır, bu da analoji vəziyyətdir. Qaldı ki, kitab oxumağa, kitab oxumaq mənim üçün gündəlik 3 dəfə yemək yemək kimi bir şeydi. onsuz mövcudluğum əzablı olur. Dördüncü kursda belə olmaq yaxşı şey deyil. Çünki çox şeydən dala qalıram. Ruhumun xaosunu kitablar və filmlərlə unuduram. Bloqqinq mənim özümlə olan ünsiyyətimdir və eyni zamanda onu digərləri ilə də bölüşürəm.
Delete