Xalid Hüseyni - Min Möhtəşəm Günəş
Kitabın ingiliscə adı: Khaled
Hosseini - A Thousand Splendid Suns
Kitabın rusca adı: Халед Хоссейни - Тысяча сияющих
солнц
Kitabın türkcə adı: Khaled
Hosseini - Bin Muhteşem Güneş
Təqdimat: Sevgi
– böyük hissdir. Öz saatını, zamanını gözləyən böyük, sirli və dərin sığınacaq...
Xalid Hüseyninin 2007-ci ildə dünya miqyaslı bestseller olan «Min möhtəşəm günəş
» məhz bu mövzuya aiddir.
Romanın mərkəzində sarsılmış Əfqanıstanın sarsılmış iki qadınıdır. Məryəm – oduqca imkanlı biznesmenin
qızıdır. O, hələ uşaq ikən bədbəxtçiliyin və yalnızlığın nə olduğunu başa
düşmüşdü. Leyla isə əksinə, xoşbəxt və
maraqlı gələcək arzusunda olan, ailənin sevimli qızıdır. Onlar ayrı-ayrı
dünyaların insanlarıdır və aralarında ortaq heç nə yoxdur. Həyatlar heç kəsişməzdi
də əgər müharibə olmasaydı (elə burada «müharibə olmasaydı» şeirini
xatırlayıram). Məhz hadisələrin belə gedişatından sonra onlar qırılmaz bağlarla
bir-birilərinə bağlandılar. Bəs yaxşı onlar kimdirlər? Düşmən, rəfiqə yoxsa
bacı? Obyektiv reallıq isə odur ki, bir-birilərindən ayrı onların orta əsr
despotizmi şəraitində sağ qalmaq şansları yoxdur. Onlar birlikdə bir çox
iztirablardan keçəcəklər. Onlar birlikdə nə vaxtsa arzuladıqları xoşbəxt gələcəyi
arzuylayacaqlar. «Min möhtəşəm günəş», qəlbləri kədərdən və sevincdən sarsıdan,
olduqca güclü, dramatik və lirik əsərdir.(livelib.ru)
Təəsüratlarım, fikirlərim və məsləhətlərim: Bu kitab haqqında yazmaq üçün monitor qarşısında oturanda uzun müddət
fikirlərimi toplayıb nə yazacağıma qərar verə bilmədim. Xalid Hüseyni
zorakılıq, işgəncə, ölüm, bir sözlə yaxınlığımızda olan müharibə və qəddarlıq
haqqında o qədər gözəl yazır ki. Bəlkə də bir az sərt çıxa bilər, amma qoy
deyim. Çoxlarımız bu haqsızlıqları, əclaflıqları görməməzlikdən gəlirik.
«Mövzunu dəyişdiririk». Milyonlarla insanlar üçün müharibə yeganə anlayışa
çevrilib. Onların başqa dünyaları, onsuz da yoxdur. Belə kitablar haqqında bir
yox, onlarla yazı yazmaq olar. Odur ki, Xalid Hüseyninin kitabları bizə xəbərlərdə
eşitdiyimiz, gördüyümüz epizodların həqiqi simasını göstərir.
Qadınlara münasibət: Bəziləri kitabı oxuduqdan sonra elə düşünəcəklər ki, «ay camaat,
baxın, baxın, görün orta əsrlərdə olan zorakılıq və qadına olan təhqiramiz
münasibət bu gün də «İslam»da var». Bu xüsusiylə qeyri-islam ölkələri üçün
aiddir. İnsanlar bu hadisələrlə İslam dinin günahlandıracaqlar, halbuki bütün
bu baş verənlərin zərrə qədər də islamla əlaqəsi olmadığını öyrənsələr
utandıqlarından yerə girmək istəyərlər. Öz zavallı pul, vari-dat, mal-mülk və
hökmranlıq etmək istəklərini gerçəkləştirmək istəyən «dindar» insanlar, sadəcə
və sadəcə şərəfsiz insanlar toplusundan savayı başqa bir şey deyildir.
Emosional kitab: Çətin ki, müasir dünya ədəbiyyatında, elə müasir dünyamızın əzablarını
göstərən kitabların sayı çox olsun. Oxucuya kifayət qədər emosiya yaşadmağı
bacaran və düşündürən, qanını qaynadan kitabdır. Dostlar, Qurani-Kərimdə 17-ƏL-İSRA
surəsində yazılanlarda biz bu günkü dünyanı görürük. O dünyanı ki, belə bir əsərin
yaranmasına və on minlərlə insanın həyatına sonuna səbəb olub. Aşağıdakıları
diqqətlə oxuyaq:
17:61. Meleklere: Âdem'e secde edin! demiştik. İblis'in dışında hepsi
secde ettiler. İblis: "Ben, dedi, çamurdan yarattığın bir kimseye secde mi
ederim!"
17:62. Dedi ki: "Şu benden üstün kıldığına da bir bak! Yemin
ederim ki, eğer beni kıyamete kadar yaşatırsan, pek azı dışında, onun neslini
kendime bağlayacağım!"
17:63. Allah buyurdu: Git! Onlardan kim sana uyarsa, iyi bilin ki
hepinizin cezası cehennemdir. Tam bir ceza!
17:64. Onlardan gücünün yettiği kimseleri dâvetinle şaşırt;
süvarilerinle, yayalarınla onları yaygaraya boğ; mallarına, evlâtlarına ortak
ol, kendilerine vaadlerde bulun. Şeytan, insanlara, aldatmadan başka bir şey
vâdetmez.
17:65. Şurası muhakkak ki, benim (ihlâslı) kullarım üzerinde senin
hiçbir ağırlığın olmayacaktır. (Onları) koruyucu olarak Rabbin yeter.
Şeytan işini görür. İnşallah bizlər bu imtahandan çıxa bilərik.
Yazini cox Beyendim. Dinimiz haqqinda fikirlerin gozel. Ve ne gozel ki, Islami yanliw tanidanlara inanmirsan.
ReplyDeleteTəşəkkür edirəm
DeleteBele bir eseri oxudugumchun hem chox xoshbext,hem de kederli oldum.Xoshbext ona gore ki Xalid Huseyni kimi dahinin beyninden,ureyinden suzulen fikirleri,duygulari bu kitab vasitesile men de elde etmish olmush,chox tesirlendim.Yegin ki heyatimda bir de bu 2 eser kimi(cherpeleng uchuran,min mohteshem gunesh) oxumayacam.Kederli ona gore ki yalniz 1 cumlemle ifade eleyecem.Biz burda yeyib,ichib,gezib,rahat eylendiyimiz vaxtda bizimle eyni dovrda yashayib amma sirf onlarin gunahi olmadan bele ezablara dozen insanlar yashayir desem duz chixmaz.Olumlerini gozleyirler...
ReplyDeleteKitabı oxumamışam, ama kitab haqqında ele bir təəsürat fikir bildirmisən ki, sabah ilk işim kitabı alı oxumaq olacaq. Uğurlar
ReplyDeleteUğur olsun.
DeleteBu əsər çox möhtəşəmdi.Sizi Əsər və İslam haqqında fikirləriniz əsəri oxuyanlara daha bir ləzzət qatır.Muselmanlar Sizin kimi duşunseydi.İndi sadəcə Allahın qulu olardılar.Hal hazırda insanlıq Hər şeyin quludu.Allahdan başqa....
ReplyDelete