Viktor Pelevin - Empire "V" - Виктор Пелевин - Ампир "В"
Sinopsis:
Qaranlıq otaq. Yarı-yuxulu vəziyyət. Bağlı əl-ayaq. Maskalı şəxs. «Mübadilə».
Atəş. Çoxlu suallar. Təhsil. Yeni həyat. Sosial pillələr. Mənzərənin
aydınlaşmağı. Acı həqiqət. Fəth. Oyunlar, oyunlar, oyunlar......
Süjet: Baş qəhrəman
həyatının heç də yaxşı olmayan zamanında vampirə çevrilir. Vampirliyi ona öyrədirlər.
Vampirlər belə düşünürlər ki, onlar insanları qidalanmaq məqsədi ilə
yaratmışar. Bəs onlar doğrumu düşünürlər? Qəhrəmanımız isə dağlar-dərələr aşır
(Герой попадает, как говорится, из грязи (человека) в князи (становится
вампиром, наилучшим)). Kitabın mənası insanın pul, materialsit istəklərin
arxasında necə qaçdığını və sosial pillələri göstərməsindədir.
Pelevin stili: Pelevinin ağlı, dərrakəsi məni çox təəccübləndirir. Onun beynində
doğulan bu fikirlər xüsusi bir şeydir. Əlbəttə onlar sadəcə doğulmurlar.
Pelevin onları yazır və inkişaf etdirir. Onun kitablarında nə yoxdu ki?: fəlsəfə,
yumor, fəlsəfə, satira və s. Üslubu, stili da superdi. Ən əsası isə dünyada
olub bitənlərə olan gözəl satira. Pelevin virtuoz olaraq diaqnoz qoyur, müalicə
etmir. Necə ki, bunu ona qədərki digər klasiklər ediblər. Pelevinin istifadə
etdiyi ədəbi fəndlər oxucuya imkan verir ki, oxuduqlarını uzun müddət yaddaşında
saxlasın. Mən Pelevinin kitablarını oxuyandan sonra həmişə geri dönüb bir daha
oxumaq ehtiyacı hiss etmişəm.
Qlamur və Diskurs çərçivəsində, istehlak cəmiyyətində insanın
varlığına məna axtarması ilə əlaqədar, ironik və fəlsəfi, ifşaedici gözəl bir əsər.
Pelevinin növbəti meqalopolis ensoklopediyası ilə qarşı-qarşıyayıq. Bizim bu «dəli»
cəmiyyətimizi çətin ki, Pelevindən gözəl təsvir edənlərin sayı çox olsun. Prinsip
etibariylə bu kitab yeni mövzu təqdim etmir bizə: biz kimik? Hardan gəlmişik?
Hara gedirik? Kitab kifayət qədər metafizik və aqnostikdir. Kitabda təsvir
olunanlar hər nə qədər fantastik olsa da, təcrübəli oxucu bu metaforanı başa
düşüb, kitabdakı inanılmaz reallıq payını da diqqətdən kənarda qoymayacaq. Ampir
V müşahidə qabiliyətini, elastik və tənqidi düşüncə tərzini inkişaf etdirən
formada olan bir kitabdır.
Kitabı yeməyə bənzətsək, necə olar?: Kitabı yeməyə bənzətsək olduqca kalorili və bol inqredientli, duzlu-istiotlu,
isti yemək kimi təqdim etmək olar. Artıq bir qədər yedikdən sonra doyursan.
Sözün düzü, bu hissi Pelevinin kitabları arasında birinci dəfə deyil ki, hiss
etdim. Dəhşət dəbilqəsində də bənzəri hiss keçirmişdim. (Dəhşət Dəbilqəsi
haqqında daha ətraflı: burada).
Vampir konsepsiyasında inqilab: Vampirlər və onlarla əlaqədar olan bütün nağıllardan hər zaman zəhləm
gedib. Vampir janrı ilə maraqlananlardan deyiləm. Twilight kimi nağıllara da
sadəcə gülməyim gəlib. Böyük yazıçı Viktor Pelevinin bu motivdə əsərinin
olduğunu görəndə, tərəddütsüz oxumaq qərarını verdim. Çünki mən bilirdim ki,
Pelevin mənin beynimdə növbəti dəyişikliklərini edəcək. Odur ki, vampirlər
haqqında bildiyiniz bütün klassik təsəvvürləri unudun getsin! Əvəzinə çox
maraqlı, dinamik, öyrədici, düşündürücü, absurd, metaforik və şokedici bir
“vampir” anlayışı ilə tanış olun. Əlbəttə, kitabı oxuyub bitirdikdən sonra gözləntilərim
doğrulmadı, çünki mən sırf Pelevinin qələmindən
çıxmış vampir maceralarını gözləyirdim, o isə sadəcə siyasət, biznes, fəlsəfə və
gizli qruplaşmalar haqqında çıxdı. Peşman deyiləm, əksinə çox şey öyrəndim və
gördüm.
Pelevinin
vampir dünyası:
Viktor Pelevin |
- Qida zəncirinin ən yüksək mərtəbəsində vampirlərdir. Bu həmişə belə olmuşdur. İnsanlar isə sonradan bilavasitə vampirlər tərəfindən yaradılmışdır (və ilk deyillər). Bunu insanların inəkləri saxlaması ilə müqayisə etmək olar və onları qastronomik məqsədləri üçün öldürmürlər. Eynilə inək kimi. Hansı daha humanistdir: inəyi öldürüb ətini yemək, yoxsa onun südünü içmək üçün sağmaq? İnsan da vampirlər üçün bir növü inək kimidir. Qida zəncirinin ən axrıncı mərtəbəsində (və ya halqasında) isə Allahdır....(görəsən yazıçı bununla nə demək istəyib. Yəni hamı Allahı yeyir? Hamı ondan qidalanır? Və ya ən azından buna çalışır?)
- Vampirlər «qan sormaq» ya da «qan içmək» kimi söz birləşmələrindən istifadə etmirlər. Bu çox vulqardır və bəzi vampirlərin heysiyyatına toxuna bilər. Əvəzinə isə “dequstasiya” istifadə olunur. Qan sözünün əvəzinə “qırmızı məhlul” söz birləşməsi istifadə olunur.
- Vampirlər «dequstasiya» zamanı insanların bütün həyatını, onların qorxularını, düşüncələrini görə bilirlər.
- Vampirlərdə «dil» adlanan xüsusi orqan var. Bu orqan ən əsas orqan hesab olunur. İnsan bu dilin həyatını davam etməsi üçün vasitədir. Vampir olmağın ən əsas şərti də məhz bu dilin birindən o birisinə keçməsidir. «Dil» «ali yarasadan» bir parçadır..
- Bu dünyaya sürgün olunan ali yarasa yaddaşını itirmiş və onu bərpa etməyə çalışmaqdadır. Hər şeyin mərkəzində «o», dayanır.
Son olaraq konkret nəticəyə gələrkən
bunları demək olar: Bu nədir? Fantastika? Vampirlər haqqında roman? Həyatımızı
nümayiş etdirən digər bir proza? Bu kitab sadəcə müasir həyatımızın, vampirlərin
köməkliyi ilə ifadə olunmuş mənzərəsidir. Əvvəllər haqqında fərqli düşündüyümüz
çox şey bu kitabda yerini dəyişmiş və sanki, yenidən dizayn edilmişdir.
Emosional şakalam tez-tez artış göstərməsə də, hafizəmdə həmişəlik yaşayacaq
epizodlar oldu. Oxuduqdan sonra gördüm ki, həqiqətən də «vampirlər» mövcuddur.
Siz də şahidi olacaqsınız (əgər oxusaz). Baş qəhrəman isə, sadəcə şahidi olmur,
eyni zamanda onlardan birisi olur. Kitab hamı üçün olmasa da, hər halda dadına
baxmaq olar. Axı o dadlı bir yeməkdir))).
Comments
Post a Comment