Tomas De Kvinsi - Tiryək Qəbul Edən Bir İngilisin Etirafları

Əsərin ingiliscə adı: Confessions  of  an English Opium-Eater      
Əsərin rusca adı: Исповедь англичанина, употреблявшего опиум

Təqdimat: Bu kitabda romantizm epoxasının seçilən nümayəndələrindən olan Tomas De Kvinsinin, ən tanınmış əsəri yer alıb. Tomas De Kvinsi (16.08.1785-08.12.1859) ədəbiyyat və estetika üzrə bir çox tənqidlərin müəllifi və 18-ci əsrin ikinci yarısı, 19-cu əsrin birinci yarısının tanınmış şairlərindəndir. Əsər avropanın mədəniyyətində və 19-cu əsrdən etibarən rus ədəbiyyatında yadda qalan iz buraxmışdır. Üslub baxımından roman yazıçının avtobioqrafik portreti və fəlsəfi düşüncələridir.

         Təəsüratlarım: Hər bir kitabdan olduğu kimi bu kitabdan da gözləntilərim yüksək idi. Romanı məni xəyal qırıqlığına uğradan kitablar sırasına daxil edirəm. Belə ki, elə kitabın ilk səhifələrindən etibarən darıxmaq adlanan, kitab oxumağa tamamilə yad hiss, məni əhatələndi. Bu hiss bir az romanın narkotik qəbulu ilə əlaqədar praktik bilgi verilən yerlərində keçib getsə də, sonrasında yenidən dirildi. Yazıçının yazmaq bacarığı yüksəkdir. Belə ki, roman dinamik olmasa da, klassiklərə xas ümumi cəhətlər özünü biruzə verir. Təsvirlər bədiidir.
         İlk səhifələrdən beyni qarışıq bir obrazla qarşı-qarşıyayıq. Nəzərə almalıyıq ki, bu obraz yazıçının özüdür. Narkotik istifadəsi yazıçıya çox təsir edib. Yazıçının mühakimə qabiliyyəti fərqlidir. Mən istəmirəm nə yazıçını nə də onun oxucularını – hərgah inanmıram ki, Azərbaycanda bu yazıçını oxuyanlar olsun – qıcıqlandırım, amma roman, həqiqətən də, bir işə yaramayan, darıxdırıcı, yorucu və pafosdan ibarət söz yığınıdır. Çox zaman çalışıram ki, oxuduğu kitablarda çatışmayan cəhətlərə çox fikir verməyim. Çünki oxuduğum hər bir kitab dolu qabı bir az da doldurur. Bir neçə damla olsa da, bu roman da öz tövhələrini mənə verdi. Yenə də daha maraqlı kitab oxuyub, vaxtı daha yaxşı dəyərlənrimək olardı. Kitabın adına gəldikdə isə: Niyə məhz ingilis sözü iştirak etdiyini belə izah edərdim ki, əsərdə narkotik istifadəsinə aid digər millətlərə xas xüsusiyyətlər də göstərilir. Yazıçı xüsusiylə türkləri veteran olaraq dəyərləndirsə də, narkotik qəbul edib opera və ya teatra geməyi ingilis millətinə xas çox gözəl və olduqca zövqlü özəllik kimi təqdim edib. Çox güman ki, yazıçı düşünüb ki, romanın adında ingilis adının iştirakı çox vacibdir və lazımdır.
         Kitabı oxu (rusca)

Comments

  1. Niyə "opium" sözünü "narkotik" kimi tərcümə etmisiz? İngilis dilindən "opium" "tiryək" kimi tərcümə olunur.

    ReplyDelete
    Replies
    1. doğrudur, əslində elə olmalıdır. düzəliş edirəm))

      Delete

Post a Comment

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi