L.Tolstoy - Yeniyetməlik - Л.Толстой - Отрочество
Tolstoyun «Uşaqlıq, Yeniyetməlik və Gənclik»
(Детство. Отрочество. Юност) triologiyasının ikincisi «Yeniyetməlik»dir (Отрочествa).
Burada da «Uşaqlıq» əsərində olduğu kimi insan qəlbinin analizindən söhbət
gedir. Çox yazıçılar məhz bu mövzuya müraciət etmişlər, amma Tolstoy öz dəst-xətti
ilə insan zəkasını qanadlandırır.
Nikolenkanın yeniyetməliyi anasının
ölümündən sonra başlayır. Yeniyetməlik psixologiyası olduqca mürəkkəb və həssasdır.
Elə özümüzdən bilirik. Bu dövrdə insan çox şeyi yenidən kəşf edir, çox şey
haqqında yenidən bir fikrə gəlir. Məhz bu dövrdə biz, müəyyən düşüncə tərzini
özümüzə əsas seçib, onun çərçivəsində formalaşırıq. Sonrada nə qədər dəyişsək də, həmin düşüncələr
yaxamızdan əl çəkmir. Nikolenka isə başa düşür ki, həyat təkcə onun başına
fırlanmır. O, mərkəzdə deyil. Ondan başqa çox insan var və o insanların da onun
varlığı haqqında heç bir qayğısı yoxdur. Nikolenka digər insanların həyatları
haqqında öyrənmək istəyir. O, sosial təbəqə fərqləri haqqında öyrənir. Nikolenka
utanqacdır. Nikolenka sevilmək istəyir, amma fərqli vəziyyətlərlə qarşılaşır.
Bu onu çox məyus edir. O, üsyan edir. Çünki o, uşaqlıq dövründən xoşbəxtlik,
qayğı və sevinclə qarşılaşıb. Bunu həyatın norması bilib. Ağrını, əzabı isə bu
normanın pozulması kimi başa düşüb.
Nikolenka öz xarici görünüşü ilə əlaqədar çox komplekslər yaşayır.
Ümumiyyətcə isə bu normaldır. Çünki yeniyetməlik dövrünün xarakteristik
xüsusiyyətlərindən birisi də məhz budur. Nikolenkanın ətrafında olan böyükləri:
quvernoru və atası ilə münasibətləri pisləşir. Quvernoruna olan münasibətlər və
düşüncələr, çox güman ki, hamımıza doğma gələcək. Zaman keçdikcə o, həyatın mənası
və öz şəxsi missiyası barəsində düşünür. Yeniyetməlik dövrünün xarakteristik
xüsusiyyətlərindən bir digəri isə eqosentrizmdir. İnsan yeniyetməlik
vaxtlarında müxtəlif fəlsəfi nəzəriyyələr ilə maraqlansa, özünü böyük şəxsiyyət
kimi başa düşəcək. Maraqlı bir digər nüans isə, Nikolenkanın Allaha olan ilk
şübhələrinin yaranmasıdır. Məncə, belələri aramızda çoxdur. Şübhənin
yaranmasında əsas motiv isə haqsızlıqdır. Dmitri ilə həyatında ilk möhkəm və
ümidverici dostluq yaranır. Əsərin zavyaskası Moskvaya gəlişdir. Kuliminasiya
nöqtəsi Nikolenkanın nənəsinin ölümü, razvyaskası isə universitet
hazırlıqlarıdır.
Bu triologiya insan şəxsiyyətinin
formalaşmağından bəhs edir. Odur ki, hər bir insan bu triologiyada özündən nə
isə görə bilər. Tolstoyun bütün əsərlərində hər bir nüans çox vacibdir.
Xırdalıq və ya lazımsız yer yoxdur. Tolstoy hər bir söz və sözlər kombinasiyası
üzərində o qədər gözəl işləyib, insan qəlbinin, düşüncələrinin dərinliyini,
qaranlıq məqamlarını işıqlandırıb ki, oxucu, «klassik» sözünün həqiqi mənasını dərindən
başa düşür. Klassiklər kaprizlidirlər. Onları oxuyub bəyənmək bəs edir ki, həmişə
onlara müraciət edəsən. Bilavasitə bu əsərlər haqqında nə qədər yazsaq da,
araşdrımalar aparsaq da, azdır ki az...
Qaynaqlar:
- · Толстой, Анализ произведения Отрочество, План - http://vsesochineniya.ru/tolstoj-analiz-proizvedeniya-otrochestvo-plan.html
- · Автобиографическая трилогия (детство, отрочество, юность) - http://russkay-literatura.ru/analiz-tvorchestva/39-tolstoj-ln-biografiya-analiz/162-avtobiograficheskaya-trilogiya-detstvo-otrochestvo-yunost.html
- · Л. Н. Толстой. «Пустыня отрочества» - http://soch.na5.ru/HTML/46/w105_109593490624488.shtml
Comments
Post a Comment