Federiko Andaxazi - Şəfqətlilər - Федерико Андахази - Милосердные

Süjet:
1816-cı ildə Cenevrə gölünün sahilində yerləşən Diodatiyə bir neçə nəfər gəldi:
Lord Bayron, Meri Şelli, Persi, Kler və Bayronun katibi Con Polidori. Polidori
heç ağlından da keçirmirdi ki, onun təvazökar şəxsiyyəti ətrafında, onu və
ümumi dünya ədəbiyyatını dəyişdirəcək hadisələr baş verəcək. Polidorinin məşhurlaşmaq,
hətta Lord Bayronu da ötüb keçmək istəyi onu rahat buraxmır və tale ona şans
verir.
Əsər haqqında nə düşünürəm?: Süjetdən də gördüyümüz kimi, kitabda Bayron İngiltərə
poetik-romantizminin banisi, böyük tarixi şəxsiyyət, Şelli, şairlən məktəbinin rəhbəri,
Meri Qodvin isə, Frenkinşteyn kimi fantastik əsərin müəllifi. Gördüyümüz kimi dövrünün
dahilərindən söhbət gedir. Andaxazinin üslubunda məşhur insanlardan və bəzi
ideyaları istifadə etməklə skandal məşhurluq qazanmaq var. Buna birinci dəfə
deyil ki, şahid oldum. İdeya baxımından əsərdə istifadə olunan +18 motivlər bəlkə
də başqa kitablarda yoxdur, amma iyrənc və absurddur deyə bilərəm. «Tərbiyəli
insanlar» bu kitabı oxumasalar yaxşı olar.
Bu əsərin bir faydası və əhəmiyyəti yoxdur. Buna baxmayaraq
Andaxazinin yazı üslubu və əsərdəki bəzi psixolojik məqamlar, yekun nəticədə
itkidə qalmadığımı göstərdi. Andaxazinin xüsusiylə məkan təsvirlərində çox
uğurlu olduğunu gördüm. Öz-özlüyündə bu diqqətə layiqdir. Romanın mənfi cəhətlərin, bəyənmədiyim xüsusiyyətlərindən çox yazmaq olar, amma belə bir əsər üçün bu dəyməz. Buna baxmayaraq Federiko Andaxazini hələ də Anatom əsərinə görə bəyənirəm.
P.S. Con Polidorinin yazdığı The Vampyre əsəri vampirlərlə əlaqədar yazılmış ilk yaradıcıllıq nümunəsi hesab olunur. Daha sonra Brem Stoker öz Qraf Drakulası ilə bu janrın zirvəsini fəth etmişdir. Kitabda da bunun necə baş verdiyi təsvir olunub. Əlbəttə ki, roman real hadisələrə əsaslanmır.
P.S. - 2. Əsərin adının niyə belə olduğunu oxuyanlar və oxuyacaq olanlar bəlkə də başa düşəcəklər.
Şəfqətlilər kitabını oxu/yüklə: buradan
Comments
Post a Comment