Ray Kurzweil - Ruhi Maşınlar Dövrü - The Age of Spiritual Machines
Çarlz Babbage 1821-ci ildə Kembricdə öz
otağında, qarşısında loqarifma cədvəlləri ilə yarı-yuxulu oturmuşdu. Başqa bir
Kembric üzvü ondan nə fikirləşdiyini soruşdu. «Bütün bu sxemlərin maşınlar tərəfindən
hesablanmalı olduğunu düşünürəm.» - deyə cavab verdi. Bundan sonra Babbage
vaxtının çox böyük hissəsini proqramlaşdırıla bilən kompyuterin hazırlanmasına
ayırdı. Tamamilə 19-cu əsrin mexaniki texnologiyasına əsaslanaraq hazırlansa
da, Babbagein «Analytical Engine»-ni müasir kompyuterlərin əcdadı hesab edilir. Bax
beləcə bəşəriyyətin yeni inkişaf erası başlamış oldu və hələ də davam edir.
Əziz dostum və qardaşım, Bill Gates bu kitaba «gələcəyə
unikal baxış» iltifatını etmişdir. Ona görə də mən bu kitab haqqında məlumat
toplayan kimi, biganə qalmayıb, böyük elm və biznes adamı, uğurlu yazıçı Ray
Kurzweilin bu kitabını oxumaq qərarına gəldim. Həqiqətən də xüsusi kitabdır.
Ray Kurzweil
|
Ray Kurzweil yaşayan əfsanə insanlardan hesab olunur. Belə ki, o,
bizim eranın ən innovativ və inanılmaz kəşflərindən hesab olunan, süni intelekt
üzərində beynəlxalq avtorizasiya texnologiyasını kəşf etmişdir. Bu kitabıyla isə
o, bizə süni intelektin insan intelekti ilə birlikdə həyat tərzimizi necə dəyişdirəcəyini
göstərməyə çalışır. Kitab bizə ilbəil komyuter texnologiyalarının imkanlarının
artaraq necə bizim müəllimlərimiz, dostlarımız, sevgililərimiz və işçilərimiz
statuslarını qazanacaqları ilə əlaqədar peyğəmbərliklər nümayiş etdirir. Biz gələcəkdə
öz istedadlarımızı sinir əkilməsi və sinir cığırları ilə artıra bilər və bütün
xəstəliklərə çarə tapa bilərik. Optimistik və meydan oxuyucu bir kitab. «Gələcəyin
ruhi maşınları» gələcəyin dünyası ilə əlaqədar məlumat almaq üçün bizim bələdçimizdir.
(mənbə: amazon.com)
Bu insanın statuslarını nəzrə aldıqdan sonra, kitabda yazılan və gələcəyin dünyası ilə əlaqədar reallaşma
ehtimalı yüksək olan məlumatları inkar etmək məntiqsizdir.
Hədəf kütlə:
Kitabın hədəf kütləsi, məncə, gələcəyin dünyası ilə maraqlanan və gələcəyin bizə
nələr vəd etdiyini bilmək istəyənlərdir. Xüsusiylə də bəzi insanlar var ki,
onlar gələcəklə əlaqədar optimistik düşünmək istəyirlər. Xəstəliklərin müalicəsi,
ödənilməyən ehtiyacın, tələbatın olmaması, insanın yeni təkamül pilləsinə qədəm
qoyması və yeni eranın başlanğıcı (mən də daha çox belə düşünənlərdənəm). Əslində
kitabda yazılanlar bir çoxlarını qorxuda da bilər. Yanaşma tərzi və ya baxış
bucağından aslıdır. Şübhəsiz gələcəyin dünyası isə çox maraqlanmayan insanlar
da var.
Kitabdan seçmə məlumatlar: Sinir əkilməsi –
belə ki, gələcəkdə insanlar beyinlərinə əlavə sinir əkdirib, istedad və
bacarıqlarını artıra biləcəklər. Hətta, beyinlə kompyuter arasında əlaqə yarana
biləcək və insanlar internetdən yüklədikləri kitabları bir neçə saniyəyə oxuya
biləcəklər. Bir çox xəstəliklər məhz neyrocərrahiyənin inkişafı ilə əlaqədar öz
çarəsini tapacaq. Nanotexnologiya və
ölümsüzlük – Kurzveyl belə bir tezisi müdafiə edir ki, nanotexnologiya
o qədər inkişaf edəcək ki, insanlar istənilən xəstəliyi müalicə etməklə yanaşı,
köhnələn orqanları hüceyrə bazisində bərpa edə biləcəkələr. Bununla da insan
ölümsüzlüyə yaxınlaşa biləcək. MOSH-lar
– MOSH-un açılışını sizə təqdim edim: Mostly Original Substrate Human –
Böyük qismi original alt təbəqə insan. 21-ci əsrin ikinci yarısından etibarən
karbon bazisli hüceyrələri istifadə etməyə davam edən (yəni normal insanlar),
sinir nəqlini etdirməyən insanlara MOSH deyiləcək və onlara böyük hörmət
nümayiş etdiriləcək. Elə bir dövr yaranmışdır ki, insanın harada insan olduğu
harada olmadığını demək çox çətinləşmişdir. İnsan beyni isə tamamilə rəqəmsaldır.
Texnologiya inkişaf edir, dəyişir və dəyişdirir. İnsanın qarşısında
yeni imkanlar açıldıqdan sonra, görəsən, insan özü canlı varlıq olaraq necə dəyişəcək?
Bu dəyişiklik özüylə bərabər nələri gətirəcək? Biz artıq bu planetin biosferin
dəyişmişik. Kitab optimistik olsada, görəsən bu texnologiyalar özüylə bərabər
hansı siyasi dəyişiklikləri gətirəcək? Yəni insanları idarə etmək dahamı rahat
olacaq yoxsa əksinə insanlar daha çox səlahiyyəti sahiblənəcəklər. Gələcəyin
dünyası robot dünyası olacaq. Buna şübhə etmirəm. Bəs biz necə, robotlaşacağıq
yoxsa insan istiliyini qoruyacağıq?
Mövzuyla əlaqədar film də məsləhət görə bilərəm: baş rolda Robin Williamsın
olduğu «Bicentennial Man» flmi. Bəlkə də izləmisiz. İzləməmisizsə, robotun necə
də addım-addım «insan»a çevrildiyini görürük. Bu nə dərəcədə mümkündür? İnsan
doğuluruq yoxsa oluruq? Andrew (robotun adı) bir çoxlarından daha çox həqiqi
insan olmağa layiq idi. Odur ki, bu kitabı da oxusaz, filmi də izləsəz, gələcəyin
dünyası ilə əlaqədar bir çox məlumatı ala bilərsiz. İnsan beynində doğulan hər
bir ideya, fikir və ya fantaziya ya olub ya da olacaq. Fikirlərimiz reallaşır,
materiallaşır. Bu böyük sirrdir. Nə istədiyivizlə ehtiyatlı olun.
Aşağıdaki linklərdə kitabın
ingiliscə tam versiyasını, türkcə isə ixtisarlı versiysını yükləyib oxuya bilərsiz.
Hətta ixtisarla olan versiya belə sizə bir xeyli məlumat verəcək. Uğur olsun!
Comments
Post a Comment