Ağ Şar - The White Balloon - Badkonake Sefid
Ağ şar – The White Ballon, Cəfər Pənahinin debütüdür. Azərbaycanın istedadlı oğlu Cəfər Pənahi,
İranın ən məşhur rejissoru Abbas Kiarostaminin şagirdidir. Təəccüblü deyil ki,
belə bir rejissorun şagirdi dünyaca məşhurdur. Bu filmlə C.Pənahi
kinematoqrafiyaya uğurlu addımlarla daxil olmuşdur. Doğrudur, bu filmə qədər
rejissor bir çox qısa metrajlı filmlər çəkmişdir. Rejissor İranda bir çox
istedadlı Azərbaycan türkləri kimi təqiblərə məruz qalmış və zindanda olmuşdur.
Rejissor haqqında ətraflı wkipedia məlumat üçün: buraya tıkla
Süjet:
Balaca Raziyyə Novruz bayramı (yeni il) üçün yeni balıq almaq istəyir. Öz evində
balıqlar çox olsa da, o, balıq satılan mağazada gördüyü qızıl balıqlardan almaq
istəyir. Çünki evdəki qızıl balıqlar arıqdırlar, amma gördüyü balıqlar üzrəkən,
sanki, rəqs edirlər. Bir çox cəhdlərdən sonra Raziyə və qardaşı analarından pul
almağa müvəffəq olurlar. Raziyyə ev ilə balıq mağazası arasında pulunu iki dəfə
itirir. Tapanda isə onu götürə bilmir.
Aktyor performansı və ümumi texniki göstəricilər: Aktyor performansı deyəndə ki, bu filmin baş rolunda balaca qızcığaz
Raziyədir (nənəmin adıdır). Əlbəttə bir çox digər obrazlar və onları
canlandıran böyüklər və uşaqlar var. İran kinematoqrafiyası elə buna görə sevilməlidir
ki, o çox təbiidir. İran kinematoqrafiyası sadəcə həyatı çəkir. Üstəlik bu
istedadlı rejissorların bacarıqları ilə birləşdikdə, mükəmməl nəticələr ortaya
çıxır. İran filmlərinin mənim üçün özünəməxsus xüsusisyyətlərindən birisi odur
ki, mən belə filmləri izlədikdən sonra daxilimi dolu hiss edirəm.
Film İranda 4 mükafata, 1995-ci ildə Kan kinofestivalında «Camera
d'Or» nominasiyası üzrə, San-Pauloda, Tokyoda bir çox mükafatlara layiq
görülmüşdür. Daha sonra İranın ABŞ-la olan münasibətləri pisləşdiyindən, film bəzi
Amerika mükafatlarına layiq görülə bilməmişdir (İyrənc siyasət və incəsənət).
Son epizod: Çətin
ki, bu epizodu təsvir etməyə mənim bacarığım çata, amma onu saatlı bombaya bənzətmək
olar. Bu metaforanın köməkliyi ilə onu deyə bilərəm ki, film 80 dəqiqəlik
saatlı bobmbadır, sanki. Sonuncu epizod ümumi insanlığın ekstraktıdır. Kiçik
bir epizodda çox şeyi görümək olur.
Comments
Post a Comment