Deadfall - Черный дрозд

Süjet:  Bacı-qardaş olan Edisson və Liza, kazinodan oğurladıqları ilə birlikdə qaçışdadırlar. İşlər heç yaxşı getmir və onlar qəzaya düşürlər. Buna paralel olaraq eks-boksyor Cey (Jay) həbsxanadan çıxıb valideynləri ilə, şükranlıq günü üçün görüşə gəlməyə çalışır. Digər tərəfdə isə polislər bundan xəbər tuturlar və axtarışlara başlayırlar. Bəs yaxşı onların dünyası kəsişəndə nə baş verəcək?
Janr etibariylə kriminal, dram və trillerdir.
Psixoloji müşahidələrim: Filmdəki qardaş və bacı arasında çox qəribə münasibətlər var. İzləyici tam olaraq bunu başa düşə bilmir. Bu münasibətlərin kökü uşaqlığa gedib çıxır. Qızın belə bir sitatını isə unuda bilmirəm: «Mənim qardaşım şeyatının özünü öldürdü». Bu çox güman ki, onların atalarıdır hansı ki, böyük ehtimalla qız ata tərəfindən zorlanırmış Qardaşı isə buna dözməyib onu öldürmüşdür. Edissonun insan olaraq hansı şəxsiyyətə malik olmasını müəyyənləşdirmək çətindir. Belə ki, o, özü bunu gizlədir. Onu deyə bilərəm ki, o, heç nədən qorxmayan, psixopat birisi kimi görsəndi mənə. Cey və atası arasında olan münasibətlər isə tamamilə normal küsülülük, inciklik və atanın oğlun səhvini dəfələrlə üzünə vurmasıdır. Obrazlararası münasibətlər gördüyümüz kimi zəngindir. Rejissorun uğurudur ki, bu qədər motivi bir yerə sığışdırıb.
Aktyorlar: Eric Bana, Olivia Wilde, Charlie Hunnam, Kris Kristofferson, Kate Mara və Treat Williams iştirak edir. Bütün bu aktyorlar kinematoqrafiyada öz sözlərin demiş aktyorlardır. Eric Bana ilə ilk dəfə tanış olsam da, Tron Legacy və İn Time filmlərindən Olivia Wilde-ı tanıyırdım.
Minuslar: Rejissor Ştefan Ruçoviçki (Штефан Руцовицки) əlindən gələni edib ki, film ortadan bir az yuxarı alınsın. Filmin minusları var, amma həm aktyor performansı həm də olduqca yadda qalan, təsirli, ekşn (action) epizodlar bəzi səhvləri və süjet zəifliyini unutdurur. Məsələn Eddisonun barmağı kəsilir, ayağında güllə yarası alır, amma lazımi dərəcədə əzab çəkmir. Bu digər obrazlara da aiddir. Bəlkə də əslində belə daha yaxşıdır, amma yenə də bu başlıq altında deyilməli nüanslardır.

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi