Liderlik yoxsa menecment? - köhnə söhbət
Bu dəfəki yazımda, idarəetmə elmində çox məşhur bir mübahisə və ya
müzakirə ilə əlaqədar fikrimi bildirməyi məqsəd qəbul etmişəm. Belə ki, idarəetmə
elmində liderlik və menecmentin bir-biri ilə olan əlaqəsi çox böyük diqqət mərkəzindədir.
Məşhur bir sual vardır: Hər lider menecerdirmi? Hər menecer liderdirmi? Hər
ikisi eyni zamanda mövcud ola bilərmi?
Bir bank düşünün. Daha sonra isə onun 15 nəfərlik bir şöbəsini. Bu 15
nəfərdən birisi olan İsmayıl, çox gözəl motivasiya etmə, fikir çatdırma, ortaq
dəyər yaratmaq kimi bacarıqları var. İsmayıl,
mütəmmadi olaraq müştəri feedbacklərini şöbə müdürünə çatdırır və baş
verəcək hansısa yenilikləri işçilərə bildirir. Eyni zamanda sadəcə iş deyil, iş
xaricində baş verəcək kollektiv fəaliyyətlərin də öhdəsindən lazımi dərəcədə gəlir.
Qəhrəmanımızın açıq-aşkar liderlik bacarıqları olsa da, o da digər 15 nəfər
kimi işçidir. Nə şöbə müdiridir nə də şirkət rəhbəri. Çoxlarının düşdüyü
yalnışlıq ondadır ki, liderliyi vəzifə, formallıq kimi başa düşür, halbuki
liderliyə tamamilə şəxsi keyfiyyət kimi yanaşılmalıdır. Bu məsələnin başqa tərəfi
isə belə ola bilər ki, İsmayılın etdiklərini şöbə müdiri də etsin. Yəni həm
formal vəzifə sahibi həm də şəxsi keyfiyət cəhətdən lider. Bu məsələdə fikir
ayrılıqlar çoxdur və çox zaman menecerlər, idarəedicilər liderlərin əksi kimi qələmə
verilir və mənfi bir şey kimi qəbul etdirilməyə çalışılır. Bu absurddur.
Liderin gördüyü işlərin nəticələri həmin an, həmin dəqiqə ortaya
çıxmaya bilər. Niyə? Çünki lider insanlarla işləyir. İnsanlar isə riyazi
düstur, misal deyil ki, həmin an nəticə versin. Lideri lider edən onun təşviqedici
və dəstəkverici mühit yaratmaq xüsusiyyətidir. Bu belə olduqdan sonra, digər
insanların bundan təsirlənib, düşünüb və müəyyən davranışlar sərgiləməsi
lazımdır. Məsələn bu mühasibdə belə deyil. odur ki, mühasibat şöbəsinin rəhbərində
liderlik bacarıqları olmasa belə, məncə, o, o, işinin öhdəsindən lazımi dərəcədə
gələcək, amma liderlik, insanlara təsir etmə, onları motivasya və dəstək vermə
qabiliyyətləri də olsa, yeni işçiləri, uzun zamanın iş stresini işçilərdən azad
edə bilər. Burda bir haşiyə açıb onu da deyim ki, əlbəttə ki, şöbə rəhbəri istəyirsə
ki, hədəflərini artıqlaması ilə vursun, o zaman o, liderlik bacarıqlarını kəşf
etməyə çalışır. Liderlik xüsusiyyətləri isə hamıda olmur və bu normaldır.
Nəticə:
Liderlik şəxsi keyfiyyətdir. Biz işçilərdən və ya menecerlərdən kimin lider
olub olmamağını bilavasitə həmin insanın davranışlarından və ünsiyyət qabiliyyətindən
öyrənə bilərik. Bu mövzuda çoxlu akademik mübahisələr aparmaq isə əhəmiyyətli
şey deyil. Günümüzün dinamik dünyası artıq əhəmiyyətsiz, sadəcə öz eqolarının məcburiyyəti
ilə tupikə dirənmiş mübahisə və ya müzakirələri sevmir.
Comments
Post a Comment