Arizona arzusu - Arizona Dream
Bu film haqqında yazmamaq mən tərəfdən yolverilməz bir şey olardı. Hər
epizodunu böyük maraqla və diqqətlə izlədiyim bu film məndə çox böyük təəssüratlar
dənizi yaradıb. İzləyənlərə bu film haqqında oxumaq, məncə, pis olmaz. İzləməyənlər
də filmi izləsələr və ən əsası anlasalar, çox şey əldə etmiş olarlar. Qısaca
süjet, sonra isə anladıqlarımı yazım. Əlbəttə ki, ən əsası sizin bilavasitə
filmi izləməyinizdir. Bilirsiz, Norveç meşəsində də (Haruki Murakami) belə bir
vəziyyət var idi. Bu filmi də izləyib bəyənədiyimə görə belə bir nəticəyə gəlirəm:
nə istədiyini bilməyən, bir limandan o birisinə üzən sərxoş gəmi kimi qalmış
insanlar və onların dramları mənim diqqətimi cəlb edir. Biri var, tragediya,
faciə, yəni sonu çox kədərli və ürəkparçalayan film və ya kitablar, biri də var
bir az daha yumşaq dram. Mən Aksellə birlikdə kədərləndim, dərdinə şərik oldum,
sevindim, öyrəndim. Arizona arzusu məhz belə bir şeydi.
Süjet: Arzuların filmi – Leo əmi istədiyini əldə
etməyi bacaran adamdır. O, istəyir ki, onun qardaşı oğlu, Aksel, onun toyunda
şahid olsun və onun işlətdiyi firmada, Kadillak satsın. Aksel isə heç nə istəmir.
Aksel yerli ruhi xəstə, Elen (kifayət qədər gözəl qadındır) və onun qızlığı
Qreyslə birlikdə olmağı istəyir və onlarla birlikdə arzulara dalır. Kənarda
qalmış Qreys, tısbağaya çevrilmək istəyir. Aksel özü isə Alyaskanın
ucsuz-bucaqsız, geniş çöllüklərini və orada paltus balığı tutmağı arzulayır.
Leo əminin arzusu isə Kadillaklardan «dağ» düzəltmək və onun üzərinə
dırmaşmaqdır.
Aktyorlar rollarının öhdəsindən layiqincə gəlmişlər. Johnny Depp, Jerry Lewis və Faye Dunaway kimi adlar çox şeyi bildirir. Əlavə şərhə
ehtiyac görmürəm. Eyni zamanda filmdə mütəmmadi olaraq qulaq asacağım soundtracklər kəşf etdim.
Maraqlı faktlar:
- Film çəkiliş
zamanı 3 aylıq fasiləyə məruz qalmışdır. Belə ki, filmin rejissoru Əmir
Kusturiça (Эмир Кустурица), vətəni Yuqosloviyada baş vermiş müharibə ilə əlaqədar
depressiyaya düşmüşdür.
-
Filmin
ssenarisi, rejissorun tələbələrinin biri olan Devid Atkinsin hekayəsi əsasında
hazırlanmışdır.
- Conni
Depp birinci dəfə Kusturiça ilə görüşəndə ondan heç xoşu gəlməmişdi, ona görə hətta
filmdə də çəkilmək istəmirdi.
- Conni
filmin bəzi epizodları üçün eskimos dilini öyrənmək istəyirdi, amma Cerri Luis
təklif etdi ki, elə danışaq ki, bu «sanki» eskimos dilidir.
- Kusturiça
filmi bir neçə il montaj edib. Bəzi
mükafatları qazanmasına baxmayaraq, belə qəbul olunur ki, film tam mənada uğur
qazanmayıb. Bir çox kinomanlar isə hesab edirlər ki, film, Kusturiçanın ən uğurlu
layihəsidir.
Filmi izlə/yüklə: buradan
Comments
Post a Comment