Tomas De Kvinsi - Tiryək Qəbul Edən Bir İngilisin Etirafları
Əsərin ingiliscə adı: Confessions
of an English Opium-Eater
Əsərin rusca adı: Исповедь англичанина, употреблявшего опиум
Təqdimat: Bu
kitabda romantizm epoxasının seçilən nümayəndələrindən olan Tomas De Kvinsinin,
ən tanınmış əsəri yer alıb. Tomas De Kvinsi (16.08.1785-08.12.1859) ədəbiyyat və
estetika üzrə bir çox tənqidlərin müəllifi və 18-ci əsrin ikinci yarısı, 19-cu əsrin
birinci yarısının tanınmış şairlərindəndir. Əsər avropanın mədəniyyətində və
19-cu əsrdən etibarən rus ədəbiyyatında yadda qalan iz buraxmışdır. Üslub
baxımından roman yazıçının avtobioqrafik portreti və fəlsəfi düşüncələridir.
Təəsüratlarım: Hər bir
kitabdan olduğu kimi bu kitabdan da gözləntilərim yüksək idi. Romanı məni xəyal
qırıqlığına uğradan kitablar sırasına daxil edirəm. Belə ki, elə kitabın ilk səhifələrindən
etibarən darıxmaq adlanan, kitab oxumağa tamamilə yad hiss, məni əhatələndi. Bu
hiss bir az romanın narkotik qəbulu ilə əlaqədar praktik bilgi verilən yerlərində
keçib getsə də, sonrasında yenidən dirildi. Yazıçının yazmaq bacarığı yüksəkdir.
Belə ki, roman dinamik olmasa da, klassiklərə xas ümumi cəhətlər özünü biruzə
verir. Təsvirlər bədiidir.

Niyə "opium" sözünü "narkotik" kimi tərcümə etmisiz? İngilis dilindən "opium" "tiryək" kimi tərcümə olunur.
ReplyDeletedoğrudur, əslində elə olmalıdır. düzəliş edirəm))
Delete