Dumandakı Kirpi - Ёжик в тумане (3-cü hissə)
1-ci hissəni oxumaq üçün: TIKLA
2-ci hissəni oxumaq üçün: TIKLA
Yazının üçüncü hissəsində isə, bilavasitə öz təəssüratlarımı, öz
düşüncələrimi və hər gün izlədiyim bu cizgi filminin mənə nələr hiss etdirdikləri haqqında
danışmaq istəyirəm. Çox uzun danışmaycam...
Məgər biz kitablarla, təsirli, duyğusal filmlərlə, səs-küylü dostlar
çevrəsi ilə, ailəmizlə, yalnızıqdan qaçmaq istəmirik mi? Ətrafımızda olan bu rəngarəng
dünyada həyatımızdan nişanələr axtarırıq. Mənim də arzularım var, amma mən səhvə
yol verirəm. Bu səhvin adı isə sadəcə qorxudur. Qorxu məni və mənə oxşarları
arzularımız uğrunda edəcəklərimizi necə edəcəyimiz haqqında düşünməyə vadar
edir. Uğur qazanmış insanlar, arzularının arxasınca getmiş insanlar isə sadəcə
lazım olanı etmiş, lazım olanları necə etmək barəsində düşünməmişlər. “Birdən
alınmaz” deyə düşünməmişlər. Həyatımızda qorxular olur. Onları dəf etməklə, öz
şəxsiyyətimizi möhkəmləndirməliyik. Yetkin insan olmalıyıq.
Nəticə: Cizgi
film bizə sanki itirdiklərimizi, həyatımızın monotonluğunu və bu monotonluqdan
çıxdıqda hansı hissləri keçirə biləcəyimizi göstərir. Bəzən iki dostdan birisi
ya da ikisinin sözlə ifadə olunmayacaq hekayələri olur.Siz bu cizgi filmini izləyin.
İzləmisinizsə bir daha izləyin və əmin olun ki, siz bu sənət əsərində dünyanın
iş prinsiplərini öyrənə ya da xatırlayacaqsınız. Kiçik bir cizgi filmində bütün
bir həyat var.....
Sonda isə: Mən kirpiyəm və mən çaya düşmüşəm....
Digər yazılarımı oxumaq üçün: Əsas səhifə
Comments
Post a Comment