Lester C. Thurow - Kapitalizmin Gələcəyi
Bizler, sudan çıkarılmış ve tekrar girmek için oraya buraya çırpınan
büyük bir balık gibiyiz. Bu durumdayken balık bir sonraki çırpınışın kendini
nereye fırlatacağını sormaz. Yalnızca şimdiki durumunun dayanılmaz olduğunu ve
başka bir şey denemesi gerektiğini hisseder. Çin Atasözü
Ümumi olaraq: Ümumi
olaraq kitab bizə yeni olmayan məlumatların çatdırılması ilə başlayır. Amma
kitabdan öyrəndiyim şeylər çox oldu. Kitabın müsbət tərəfi odur ki, dünyada
mövcud iqtisadi sistemləri coğrafiya və biologiya kimi elmlərlə müqayisə edib,
onların terminlərindən istfadə edib bizlərə maraqlı fikirlər çatdırır. Kitabdan
ən çox yadımda qalan cümlə isə bu oldu: Komunizm, sosyalizm və kapitalizm
arasında olan bu yarış bizə göstərdi ki, insan övladı öz şəxsi, fərdi mənafeyini
heç vaxt heç nəyə qurban verməyəcək.
Nəticə:
Komunizmin çökməsiylə kapitalist modelin alternativi qalmamışdır. Kapitalizm
qüsursuz sistem deyil. İqtisadi qeyri-sabitlik, gəlirin bölüşdürülməsində olan
qeyri-bərabərlilik, işsizlik kimi əvvəldən bəri kapitalizmin təməlində olan
problemlərə, insan resursları və beyin gücü sektorlarının ön plana çıxmasıyla
da yeni problemlər əlavə edilmiş olacaq. Cəmiyyətləri bir yerdə tutan güclü
ideologiyalar və kənar təhdid ünsürləridir. Hər ikisi də ortadan qalxınca
bölünmə və parçalanma qaçılmaz olur. Bu günkü kapitalizmin cəmiyyətə faydalı
heç bir ideologiyası yoxdur. Ümumiyyətlə kapitalizmin ideologiyası olmur. İndiyə
qədər kapitalist cəmiyyətlərin ayaqda qalmasının əsas səbəblərindən birisi də,
komunizm və sosyalizm qorxusu olmuşdur. Məsələn ABŞ-ın Marşal planı da
kapitalizmin məhv olmaması üçün olan yardım olmuşdur. Kapitalizm fərdi ön plana
çıxaran struktura sahibdir. Kpaitalizm istehlak cəmiyyətinə səbəb olmuş və
resursların maksimum israfına səbəb olmaqdadır. Biz bu günün xərclərini
qarşılamaq üçün sabahın invistisiyalarını xərcləyirik.
Lester C. Thurow |
Bu problemlərin öhdəsindən gəlmək üçün bacarıq və elmə dayalı yeni
strategiyalar hazırlamaq lazımdır. Sabahın qalibləri bu strategiyaları
hazırlaya bilənlər olacaqlar. Bunun üçün bacarıq, təhsil, elm və infrastruktur
uzun dönəmlik invistisiya edilməlidir. Bunu reallaşdırmaq çətin ola bilər, çox
vaxt apara bilər amma necə ki, dalğalar qayalara çırpıldığında bir şey olmur
kimi görsənsə də, uzun illər sonra qayalar quma çevrilir. Əzm və qərarlılıqla hər
şeyin öhdəsindən gəlmək mümkündür.
Kitabın ixtisarla olan forması (türkcə): burada
Lester C. Thurow kimdir?: burada
Comments
Post a Comment