Dumandakı kirpi - Ёжик в тумане (2-ci hissə)

 1-ci hissəni oxumaq üçün: TIKLA


Cizgi filminin əsas obrazı olan kirpi insanı simvolizə edir. O, dostu aynın yanına gedərək eyni zamanda həyat yoluna başlayır. Ayıya onu, bunu necə deyəcəyini planlaşdırır. Bu insanın gələcək haqqında olan təsəvvürləridir. Budur o, gedir və ağ at görür. At isə arzu və muradı simvolizə edir. O, atı görür və arzulamağa başlayır, amma arzuya çatmaq üçün gərək dumana daxil olasan. Duman qeyri-müəyyənliyi göstərir. Kirpi, yəni insan, sirli, qeyri-müəyyən və yad dünyaya daxil olur. Bu zaman kirpiyə də, izləyiciyə də aydın olmayan qorxulu və nəhəng varlıqlar kirpini qorxudurlar. Bizi həmişə kimlərsə, nələrsə qorxutmağa çalışır. Bir şeyi unutmamaq lazımdır. Bu şey dünyanın əsas iş prinsipidir:  heç vaxt qorxuya icazə verməməliyik ki, bizim üzərimizdə hökmranlıq etsin. Yoxsa o, cizgi filmində olduğu kimi böyüb böyüyüb fil böyüklüyündə olacaqdır. Bu isə bizi arzularımızdan uzaqlaşdıracaqdır. Və yolnan gedərkən o, dostu ayıya apardığı mürəbbəni itirir. Biz həmişə bu həyat yolunda nə isə itiririk: valideynlərimizi, dostlarımızı, sevgimizi və s. Əlbəttə həyatda bizə kömək edənlər də olur. Bu da cizgi filmində bir it oldu. Kirpinin itirdiyini ona geri verdi və daha sonra sahibinin çağırışı ilə geri getdi. Əksəriyyətimiz həyatda qorxduqdan və bir çox uğursuzluqlara məruz qaldıqdan sonra, kirpinin çaya düşərək “qoy gedəcəyim yerə məni çay özü aparsın” fikri ilə yaşayarq, həyat çayında sakitcə gözləyirik. Kirpi, atın yanından çay axını ilə üzür. Bir qədər üzdükdən sonra kirpiyə “birisi” kömək edir ki, kirpi sahilə çıxsın. Həyatımızda da biz bir müddət üzdükdən sonra qarşımıza bizi monoton həyatdan və mənasızlıqdan xilas edəcək birisi qarşımıza çıxır. Daha sonra kirpi sahilə çıxır və isti, rahat guşədə, dostu ayının yanında dincəlir. Biz də həyat çayında bir müddət üzdükdən sonra, bizə yardım edildikdən sonra bizə təsəlli verən nə iləsə qarşılaşırıq. Kirpi at haqqında düşünməkdən vaz geçmir. İnsan da ömrünün axrına qədər əldə edə bilmədikləri haqqında düşünür. Sonda isə budur kirpi, “görəsən dumandakı at necədir?” düşüncəsiylə, dostuyla birlikdə oturub ulduzları saymağa davam edir. Ayı demişkən: “ Axı kim səndən başqa ulduzları sayacaq??”

2-ci hissənin sonu

Digər yazılarımı oxumaq üçün: Əsas səhifə  

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi