Biz Köhnə Qafqazlılar - Qəşəm İsabəyli - Гашам Исабейли - Мы старые кавказцы


Kitab həcmcə çox kiçik olsa da (76 səh) çox şey haqqında oxucunu düşündürmək iqtidarındadır. Maraqlı epizodlar olsa da nə faydalı nə də dəyərli kitabdır (bu şəxsi qənaətdir). Kitabın üz qabığı və arxa üzündəki tanıtımı diqqəti cəlb edir. Üz qabığına diqqətlə, çox diqqətlə baxaq: partlayan bomba olan ermənistan, sərhədləri itələyən Gürcüstan və ayağımızın altını qzazan İran. Hərgah İran Cənubi Qafqaz ölkəsi deyil və kitabda İranla əlaqədar bir şey yoxdu, amma şübhəsiz Cənubi Qafqaza təsiri böyükdür. Format etibariylə isə kitab daha çox yazarın region millətlərinin tarixi ilə əlaqədar olan problemləri və xarakterik xüsusiyyətləri haqqında şəxsi fikirləri və eşitdiyi hekayələrdir. Qafqaz etnik cəhətdən çox zəngindir. Şəxsən özüm də çox tez-tez bu zənginlik haqqında düşünürəm.

Heç də pis kitab deyil. Söhbət tipində bir şeydi. Gözləntilərimi doğrultmadı. Bəyənmədiyim şey onlar oldu ki, yazıçı neçə-neçə əsrlər bundan öncə olmuş hadisələri 21-ci əsr insanının düşüncə tərzi ilə mühakimə edir. İnsan unutmamalıdır ki, orta əsrlərdə hegemon olan faktorlar bu gün heç də tam aktual deyil. ermənilərin nə olduğunu hamımız yaxşı bilirik. Yazıçı Gürcüstan və özümüz haqqında da müsbət və mənfi fikirlər yazıb, çox şeyə tənqidi yanaşıb. Onu deyə bilərəm ki, nəticə olaraq kitabın arxa üzündə yazılan tanıtım sözləri, oxuduqdan sonra 50% doğruldu
Digər yazılarımı oxumaq üçün: Əsas səhifə 

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Aleksandr Puşkin - Kapitan qızı

Kamal Abdulla - Sehrbazlar dərəsi