Dumandakı Kirpi - Ёжик в тумане (1-ci hissə)

 Qısa tarixçə: Sovet cizgi filmi olanDumandakı Kirpi “ 1975-ci ildə çəkilmiş və 2003-cü il 26 may tarixində, Tokioda baş tutmuş “Laputa cizgi film festivalı”-nda (Мультипликационном фестивале Лапута) planetin ən yaxşı cizgi filmi adına layiq görülmüşdür.


İzləyən uşaq və izləyən böyük: Bilirsiz, cizgi filmini izləyən uşaqların çoxsu sadəcə ona əyləncəli bir şey kimi yanaşırlar amma onu izləyən böyük insanlar, müəyyən yaşa çatmışlar isə həyatlarını gözlərinin önündən keçirdirlər və kədərlənirlər. Yəqin monotonluğu, itirilmiş olanı, qorxularını xatırlayırlar...

Psixoloqlar deyir: Psixoloqlar deyirlər ki, məhz bu cizgi filminin köməkliyi ilə uşağın emosional fonunu aydınlaşdırmaq olar. Belə ki, əgər azyaşlı uşaq cizgi filminə sakit və narahat olmadan baxırsa, hər şeyin yaxşı olacağını düşünürsə, deməli onun güclü psixikası və dünyaya optimistik baxışı var. Yox əgər narahatlıqla izləyib, içinə qapanırsa, o zaman o, melanxolikdir.

Fərqlilik: Sovet cizgi filmlərini sevənlər çoxdur. Mən də onlardanam. Təcrübəli birisi kimi deyə bilərəm ki, bu cizgi filmi sadəcə öz dərin mənası və insana verdiyi mənəvi dəstəklə deyil, eyni zamanda texniki parametrləri ilə də fərqlidir. Digər cizgi filmləri ilə müqayisədə rəngsiz və formasızdı. Əminəm ki, digərləri kimi olsaydı o, bu ideyaları bizə çatdıra bilməyəcəkdi.

1-ci hissənin sonu. Ardı var...

Yazı kinopoisk.ru saytının müvafiq film üzrə izləyici şərhləri və şəxsi fikirlərim əsasında hazırlanmışdır. 
Digər yazılarımı oxumaq üçün: Əsas səhifə  

Comments

Popular posts from this blog

Kerol S. Duek - Düşüncə tərzi: uğurun yeni psixologiyası

Ziqmund Freyd - Yuxuların yozumu

Corc Oruell - 1984

Janrlar və mən

Kamal Abdulla - Sehrbazlar dərəsi