-10
saat online söhbət edərək keçirdirlər.
Bu isə gündəlik 10 saat 45 dəqiqə mediaya ayrılan vaxt deməkdir.
Günümüzdə insanların mediadan öyrəndiklərini digər qaynaqlardan öyrəndikləri
ilə müqayisə olunmazdır. KİV həm mesaj həm də mesaj ötürəndir. İnsanlar
içində olduqları cəmiyyətdə nələrin baş verdiyini məhz media, KİV vasitəsi ilə
öyrənirlər. Ona görə də media bu gün çox böyük gücdür. Biz unikal dövrdə
yaşayırıq. Belə ki, bu gün marketoloqlar cəmiyyətin əxlaqı-mənəvi dəyərlərinə təsir
edə və formalaşdıra bilmək gücünə sahibdirlər. Media cəmiyyətimizin,
uşaqlarımızın formalaşmağında nəhəng rola sahibdir. Nə də olsa valideynlər
asana qaçırlar. Uşağı televiziya qarşına qoymaq daha asandır nəinki ona kitab
oxumağı öyrətmək.
İnsanların sağlam formada, xüsusiylə psixoloji travmalarsız yetkin şəxsiyyət
kimi formalaşmağı olduqca çətin prosesdir. Belə ki, bu sənədli filmi izləyəndən
sonra Amerikada adi insanların 4-5 nəfərin istəkləri ilə necə mübarizə
apardıqları ilə tanış oldum. KİV-də əsasən zorakılıq, seksual motivlər və daha
çox istehsal edib daha çox istehlak kimi məqamlardır. Bu da insanları tamamilə
fərqli formada yetişdirir. Əlbəttə bu vəziyyət elə bizim öz ölkəmizə də aiddir.
Televiziya kanallarımızda əxlaqsız qadınlara, müğənnilərə, axmaq meyxanaçılara
daha çox vaxt ayrılır nəinki intelektual, vətənpərvər və öyrədici verlişlərə,
mövzulara. Axmaq seriallar və filmlərdən başqa bir şey yoxudur. Təəssüf ki,
düşünməkdən məhrum insanlar sadəcə təqlid etməklə məşğul olurlar. Mövzudan çox
uzaqlaşmayaraq sənədli filmin olduqca gözaçıcı xarakterdə olduğunu deyə bilərəm.
Amerika medyasında qadınların, gənc qızların sadəcə əşya, istismar ediləcək bir
şey kimi təqdim edilməsi çox gözəl tənqid edilib. Bu vəziyyətdən çıxış yolu
üçün Kandaliza Rays (Condoleezza Rice), Nancy Pelosi və bir çox aparıcı, məşhur
qadınların fikirləri verilmişdir. Sənədli filmdə olduqca gözəl sitatlar və
statistikalar var. Bu sadəcə Amerikada belə deyil. Bir çox əksər dünya dövlətlərində
də belə hallar çoxdur. Arzu edirəm ki, biz belə mövzularda sadəcə deməklə
deyil, eyni zamanda öz əməllərimizlə gənc nəslə nümunə ola biləcəyik.
Sənədli filmi online izləmək üçün (ingiliscə) - TIKLA
Carol S. Dweck - Mindset: The New Psychology of Success Кэрол Дуэк - Гибкое сознание: новый взгляд на психологию развития взрослых и детей Dünya şöhrətli Stenford Universitetinin psixoloqu Kerol Duek, uzun illərin araşdırmalarından sonra düşüncə tərzinin həqiqi gücünü bir daha kəşf etdi. Duek uğurun sadəcə istedad və bacarıqlar vasitəsi ilə əldə edilmədiyini, eyni zamanda düzgün formalaşdırılmış düşüncə və yanaşma tərzindən olduqca asılı olduğunu sübut edir. Düzgün düşüncə tərzi ilə biz həm uşaqları, həm də yetkin insanları uğur qazanmağa motivasiya edə bilərik. Kerol əslində köhnə mövzulara toxunur, lakin daha müasir və təkmil üslubda izaha ehtiyac həmişə var. Valideynlər, müəllimlər, baş icraçı direktorlar, tələbələr, idmançılar və liderlər zaman zaman mütləq şəkildə düzgün düşüncə tərzində kənara çıxır və dəstəyə ehtiyac duyurlar. Artıq şübhə doğurmur ki, beynimizdə baş verən düzgün düşüncə tərzi adlı mental proses bizim həyatımızın bütün uğurlarının ən əsas təminatçısı...
The Interpretation of Dreams by Sigmund Freud Ziqmund Freydin yuxuların şüuraltı istəklərin ifadə olunma tərzi olduğunu kəşf etməsi, şübhəsiz ki, psixologiya elmində inqilabi xarakterə malik oldu. Onun nəzəriyyəsinə əsasən yuxular altşüurun arzularını aşkara çıxaran vasitədir. Yuxuları başa düşmək insan üçün özünü tanımaq yolunda olduqca əhəmiyyətli vasitə ola bilər. Çünki yuxuda gördüyümüz hər bir xırdalığın, hər bir simvolun öz mənası var və yuxular bizim gələcəklə olan ən əsas əlaqəmizdir. Yuxular yaşadığımız digər ömürlərdir. Həm bizə verilən ismarıc, həm də ayrıca dünyadır.
Yazıçı Kamal Abdullanın 2006-cı ildə nəşr olunan “Sehrbazlar dərəsi” romanı oxucuların və ədəbiyyat tənqidçilərinin böyük marağına səbəb olub. Mistik əhvalatların baş verdiyi roman paralel dünyalar arasındakı ahəngdən, atası Cəlladbaşını axtaran Karvanbaşının teleyin hökmü ilə Sehrbazlar dərəsinə gəlib çıxmasından, burada ömr edən Ağ dərvişin və hər iki dünyada yaşayan Səyyah sehrbazın çağırdığı ruhla Karvanbaşının sonu faciəyələ bitən sirli görüşündən bəhs edən mistk roman müxtəlif dillərdə və müxtəlif ölkələrdə çap edilməklə dünya oxucusunun da diqqətini çəkmişdir.
Qısa xülasə: Uinston adlı bir şəxs, 1984-cü ildə, azadlığın olmadığı, despotik bir rejimin hökm sürdüyü (hansı ki, inqilabdan sonra, kapitalizmi əvəzləyərək qurulmuşdur) Okeyaniyada yaşayır. Hakimiyyət bütün partiya üzvlərini manqurtlaşdırır. Uinston isə hələ də azad düşünür. Azad düşünmək isə ən ağır cinayət - fikir cinayəti sayılır. Tezliklə özü kimi azad düşünən bir xanımı tapır və eşq macərası yaşayır. Bundan sonra isə onlar birlikdə partiyaya qarşı mübarizə aparmağa cəhd edirlər. Amma uğur qazana bilmirlər ( http://kitablarinelektronversiyasi.blogspot.com/ ) Görkəmli ingilis yazıçısı Corc Oruellin (1903-1950) yaradıcılığı dünya miqyasında məşhurdur. Xüsusilə onun “1984” romanı və “Heyvanıstan” povesti ötən yüzillikdə sözün, ədəbiyyatın totalitar təfəkkürə və despotik idarəçilik üsullarına qarşı mübarizəsinin ən diqqətəlayiq nümunələrindən sayılır. Hər iki əsər yarandığı vaxtdan ədəbi və siyasi fikrin diqqət mərkəzində olmuş, müxtəlif dillərə çevrilmiş və ciddi polemika doğ...
Александром Беляев - Человек-амфибия "Amfibiya adam" Aleksandr Romanoviç Belyayevin ən tanınmış əsəridir. Bu möhtəşəm əsərdə həm quruda, həm də suda yaşamağı bacaran və bu bacarığına görə "Dəniz İblisi" adlandırılan İxtiandr adlı gəncin həyatından bəhs olunur. İstedadlı cərrah Salvator, İxtiandra köpək balığının qəlsəmələrini köçürmüşdür. Hadisələrm Argentinada, Atlantik Okeanının sahillərində cərəyan edir. ...Artıq xeyli müddətdir ki, şayiə yayılıb ki, dənizdə "Dəniz İblisi" var. O bir çox şeyə zərər vurub - torları kəsir və balıqları qayıqlardan suya qaytarırdı. Eyni zamanda belə bir şayiə də var idi ki, o kimisə köpək balığının cəngindən xilas etmişdi. "Dəniz İblisi"-ndən qəzetlər yazırdı və varlığını təkzib edən elmi ekspedisiya da təşkil edilmişdi, lakin mövhumatçı ispanları və hindliləri inandırmaq mümkün olmamışdı. İnsanlar xeyli müddət dənizdən kənar gəzməyə çalışdılar. Balıq, ən əsası isə mirvari ovu azaldı. Bu da "Meduza...
Comments
Post a Comment