Uğur, sadəcə gördüyün şeylər deyil...
Necə də gözəl şəkildi elə deyilmi? Məni bloq yazısı yazmağa
ilhamlandırdı. Daha 5-10 saniyə bundan öncə gördüm şəkli və artıq yazıram...
İnsan gənc yaşlarından sosial mühitini dəyərləndirməyə başlayır.
Sağına soluna baxır və müqayisə edir, ətrafındakı insanların davranışlarını
müşahidə edir. Görür ki, kimisi isə bahalı paltarlar geyinir, kimisi bahalı
telefonlar istifadə edir, kimisi gündən-günə piylənir, kimisi isə böyük-böyük
danışır. İstər-istəməz həmin insanda da bütün bunlara istək və maraq yaranır.
İnsan rəqabətcildir dostlar. Ətrafındakıları isə rahat-rahat, əylənərək, sözdə
həyatın dadını çıxardaraq yaşayıb gedir. Bunları kənardan izləyən dostumuz isə,
düşünür ki, bunlar niyə məndə yoxdu.
Şəkilə diqqətlə baxanda görürük ki, birinci dovşan narahatdır. İkinci
isə rahatdır, amma hələ heç biri kökü torpaqdan çıxarmayıblar. Bunu yarış kimi
və ya buna bənzər nə ilə istəsəz müqayisə etmək olar. Yarpaqlar sadəcə birinci
mərhələdir. İkinci mərhələ isə həlledici olur.
Digərləri atlanıb düşsələr də, unutmayaq ki, insanın da meyvə verən
ağacdan, bitkidən fərqi yoxdur. Hansısa “ağac” bar verəcəksə başını aşağı əyəcək, həyata şərəflə, vicdanla tutunacaq, hansısa da müəyyən dövrdən sonra quruyub gedəcək və onu sadəcə təmizləyəcəklər və izi tozu da qalmayacaq. Odur ki, darıxma narahat dostum. Sənin də meyvən yetişir. Sadəcə zəhmət və inam. Bu ikisinin yarpaqları göz çıxartmasa da, torpaqda dərinə doğru istiqamət alır....
Bənzəri Yazılarımdan: Səndən yaxşıları və səndən pisləri
Digər yazılarımı oxumaq üçün: Əsas səhifə
Comments
Post a Comment